Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Ortaq Dəyərlər" İB-nin "Eurovision paytaxtının sakini" layihəmiz - 2011       
Tarix: 2015/08/30 22:27

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Eurovision paytaxtının sakini” devizi altında ictimai maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində bukletlər nəşr etdirib. Bir neçə gündür Bakının mərkəzi yerlərində, metrostansiyaların qarşısında paytaxt sakinlərinə paylanan bukletlərdə “Eurovision” günləri ilə bağlı çağrışlar edilib. 
Bukletdəki mətndə bildirilir ki, “Eurovision” Paytaxtının sakini adı qürur hissi yaşatmaqla bərabər, həm də hər birimizin üzərinə böyük vəzifələr qoyur: “Hazırda “Eurovision-2012”-nin yüksək səviyyədə keçirilməsi üçün paytaxtımızda kompleks işlər aparılır. Bununla belə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi hallar da özünü göstərir. İlk növbədə paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, divarlara bildirişlərin yapışdırılması, sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatında xoşagəlməz mənzərə müasirləşən və gözəlləşən Bakı üçün mənfi çalarlar təşkil edir. Bu vəziyyətin “Eurovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin paytaxtımızla bağlı təsəvvüründə mənfi izlər buraxa bilər. Gəlin, hər birimiz paytaxtımızı təmiz saxlamaqla bu önəmli müsabiqənin layiqincə həyata keçirilməsinə öz töhfəmizi verək. Ətrafımızdakı insanları da buna sövq edək”. 

Bukletdə aşağıdakı çağırışlar var: 

Paytaxtımızı məişət tullantıları ilə zibilləməyək! 

Siqaret kötüklərini yerə atmayın! 

Divarlara elan və reklamlar yapışdırmayın!

Avtobus və taksilərdə sərnişinlərlə kobud rəftar etməyin! 

Divarlara sayt və bloq ünvanlarını yazmayın! 

İctimai yerlərdə yerə tüpürmək Avropada ən böyük mədəniyyətsizlik sayılır.

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN