Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
İtkin düşmüş vətəndaşlarla bağlı yeni layihə başlayır      
Tarix: 2022/08/31 22:13

Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) “İtkinlərimiz: 4000-dən hər biri” adlı yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihə 2022-ci il sentyabrın 1-dən oktyabrın 31-dək həyata keçiriləcək.

İctimai Birliyin yaydığı məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə itkin düşmüş, əsir və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məsələ danışıqların gündəliyində hələ də həll olunmamış mühüm problemlərdən biri kimi qalır. 44 günlük Vətən Müharibəsindən sonrakı diplomatik təmaslar zamanı bu məsələ hər dəfə qaldırılsa da, Ermənistan tərəfinin onu ört-basdır etməyə və əməkdaşlıqdan yayınmağa çalışması səbəbindən hələlik nəticəsiz qalıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2020-ci il dekabrın 1-nə olan məlumata görə, qeydiyyatdan keçən itkin düşmüşlərin sayı 3890 nəfərdir.

Beləliklə, ən son rəsmi məlumat üzrə Azərbaycanın təxminən 4 min vətəndaşının hərbi təcavüz nəticəsində itkin düşməsi, onların taleyi ilə bağlı təcavüzkar tərəfdən bu vaxta qədər heç bir açıqlama, izahat xarakterli bilgilər verilməməsi, Azərbaycanın isə danışıqlar prosesinin bütün mərhələlərində problemi gündəmdə saxlaması məsələnin aktuallığını və ona ictimai diqqətin artırılmasının zəruriliyini göstərir.

Bu insanların itkin düşdüyü konkret şərait, döyüşlər barədə aydınlaşdırıcı materiallara və ya sonrakı talelərinə azacıq da olsa işıq sala biləcək məlumatlara ehtiyac var.

Layihədə həmin insanların, konkret haldan çıxış edərək, fərdi, yaxud toplu halda itkin düşdükləri şəraitin şahidlərin dilindən, habelə rəsmi mənbələrin bilgiləri əsasında detallı təsvir olunduğu jurnalist araşdırmalarının hazırlanması və bir neçə dilə tərcümə olunaraq, yayılması nəzərdə tutulur.

Layihənin məqsədi itkin düşmüş vətəndaşlarımız barəsində yeni və mümkün qədər dəqiq məlumatlar əldə etməyə çalışmaq, bu məlumatları vahid bazada birləşdirməkdir.

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə diplomatik təmaslar sıxlaşıb. Bu baxımdan, itkin düşmüş şəxslər mövzusu da bu mərhələdə gündəmdə önə çıxan məsələlərdən olacaq. Başqa tərəfdən, 4 minə yaxın insanın taleyinin araşdırılması kifayət qədər böyük vaxt tələb edir. Odur ki, layihənin davamlı olacağı gözlənilir” – deyə, məlumatda bildirilir.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN