Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Azərbaycan-Ermənistan sülh sazişində nələr olacaq? - Toyvo Klaar Brüssel görüşünü şərh etdi    
Tarix: 2022/04/10 22:43
"Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq tapşırılması qərara alınıb”.
 
Bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
 
"Müqaviləyə nələrin daxil olub-olmayacağını sadalamaq istəməzdim. İkitərəfli sülh müqaviləsinin məzmununu razılaşdırmaq yenə də son nəticədə tərəflərdən asılıdır. Mən öz tərəfimdən, şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının xeyrinə bizim hamının bildiyi mövqeyimizi təkrarlaya bilərəm. Biz Ermənistanla Azərbaycan arasında regionun gələcəyi ilə bağlı fikir ayrılıqlarından xəbərdarıq. Bu, dəfələrlə ictimaiyyətə bəyan edilib”, - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib.
 
"Ümid edirik ki, hər iki tərəf regiondakı münaqişənin səhifəsini çevirə və sülh danışıqlarında konstruktiv iştirak edə biləcəyik. İkinci üçtərəfli görüş zamanı Aİ tərəflərə bu istiqamətdə hərəkət etməyə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.
 
Bildiyiniz kimi, sədr Şarl Mişelin bəyanatında 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq aprelin sonunadək birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Onun mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd boyu və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq. Prezident Şarl Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib”, - Toyvo Klaar əlavə edib.
 
"Göründüyü kimi, onun bəyanatında Ermənistanla Azərbaycan arasındakı ikitərəfli sərhədə açıq şəkildə istinad edilir. Bununla belə, ümumiyyətlə hesab edirik ki, 30 ildən artıqdır davam etmiş münaqişənin əsasında duran bütün məsələlərin həlli üçün hərtərəfli nizamlanma lazımdır.
 
Aprelin 6-da elan olunduğu kimi, Ermənistan və Azərbaycan liderləri xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırmaq barədə razılığa gəliblər. Ona görə də başa düşürük ki, bu danışıqlar ilk növbədə iki ölkənin xarici işlər nazirləri tərəfindən aparılacaq və biz gələcək hərtərəfli həlldən danışdığımız üçün inanırıq ki, bir çox digər departamentlərin və tərəflərin nümayəndələrinin iştirakı tələb olunacaq”, - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vurğulayıb.
 
O, qeyd edib Polşanın rəhbərliyi ilə ATƏT də Avropa Şurası prezidentinin himayəsi altında Ermənistan və Azərbaycan liderlərinin görüşünü, həmçinin mümkün sülh sazişi prosesinin başlanmasını alqışlayıb: "Fəaliyyətdə olan sədr həmçinin Cənubi Qafqazda sabit və sülh şəraitində vəziyyətin təmin edilməsi üçün bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Aİ Brüsseldə keçirilən ikinci üçtərəfli görüşə və onun nəticələrinə dəstək olaraq verilən bütün müsbət bəyanatları alqışlayır.
 
Birgə Sərhəd Komissiyasına gəlincə, xatırlatmaq istərdim ki, sədr Mişelin bəyanatında aprelin 6-da Brüsseldə əldə edilmiş öhdəliklərin və razılaşmaların 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olduğu açıq şəkildə qeyd edilir.
 
Aİ təbii ki, qonşuluğunda təhlükəsizlik, sabitlik və firavanlığın olmasında maraqlıdır, mən inanıram ki, bizim səylərimiz bütün əhalinin rifahı naminə regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə istənilən digər öhdəlikləri tamamlayır”.     /Report.az/
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN