Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Bərdədə Kənd Qadınlarının Peşə Festivalı keçiriləcək      
Tarix: 2022/04/21 14:43

23 apreldə Bərdə şəhəri qonaq-qaralı olacaq. Çünki Azərbaycanın 11 rayonundan gələn 100-dən çox qadın Kənd Qadınlarının Peşə Festivalında təmsil olunmaq üçün yollarını Bərdədən salacaqlar. Festivalın yalnız qayəsi deyil, adı da cəlbedicidir: “ƏLLƏRİMİN SƏSİ”! Məhz bu zəhmətlə yoğrulan əllərin səsini hər kəsə duyurmaq üçün Azərbaycan Kənd Qadınları Assosiasiyası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu rəngarəng tədbiri təşkil edib.

Qeyd edək ki, bu əməkdaşlığın uğurlu nəticəsi olan “Ağdam, Bərdə və Beyləqan rayonlarında kənd qadınlarının peşə bacarıqlarının artırılması və Bərdə şəhərində Peşə Festivalının keçirilməsi” layihəsi çərçivəsində 6 Qadın İnkişaf və Müəssisə Qrupuna bizneslərinə uyğun olaraq tikiş, çörək-şirniyyat və bitkiçilik təlimləri verilib. Bərdə şəhərindəki Qarabağ Çörək Zavoduna, Mingəçevirdəki Asan Peşə İstehsalat Birliyinin Tikiş Sexinə və Şəmkirdəki İstixana kompleksinə təcrübə səfərləri də yaxşı effekt verib. İndi sıra gəlib Cultural Networking House İB-nin tərəfdaşlığı ilə reallaşan festivala!

Satış-sərgi və ustad dərsləri formatında təşkil olunan festivalda təbii üsullarla yetişdirilən orqanik nemətlərdın, maraqlı əl işlərindən, isti sac yeməklərindən, ləziz şirniyyatlardan, canlı folklor nümunələrindən zövq almaq üçün sizi 23 saat 11:00 -15:00 radələrində Bərdə Mədəniyyət Evinin meydanında gözləyirik. Gəlin, kənd qadınlarının həm əllərinin, həm də özlərinin səsinin, sorağının yayılması üçün dəstək verin!

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN