Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
  Kəlbəcərdə sənaye zonası salınacaq    
Tarix: 2023/09/07 15:38

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər şəhərinin yenidən qurulması üçün “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə 80 milyon manat ayrılıb.

 Ortaqdeyerler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Bununla əlaqədər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə layihə işləri son mərhələyə çatmaqdadır. Layihələrin reallaşdırılması isə yaxın zamanlarda baş tutacaq. İlkin mərhələdə 444 mənzilin tikilməsi və o ailələrin gələn ilədək Kəlbəcərə köçürülməsi nəzərdə tutulub.
İşlərin aparılacaqğı ərazi təqribi 3,5 km ərazini əhatə edir. Publik hüqiqi şəxs olaraq, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti işlərin peşəkar formada həyata keçirlməsinə qadir heyətə malikdir.

Biz, eyni zamanda, logistika və infrastruktur işlərinə də xüsusi diqqət yetirəcəyik ki, fəsillərin dəyişməsi halında belə dayanıqlı formada prosesi davam etdirək”, - Məsim Məmmədov əlavə edib.

Prezidentin xüsusi nümayəndəsi Kəlbəcərə köçəcək ailələr üçün məşğulluq məsələsinə də toxunub:

“Layihədə Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulub. Ümid edirik ki, bu, bir sənaye zonası olmayacaq, bundan əlavə, bir neçə bu cür sənaye zonası da salınacaq. Kəlbəcərin çox zəngin təbiəti var, burada kənd təsərrüfatı, turizm və digər sahələr üçün ciddi imkanlar var”.
Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır. 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN