Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Tibb Kollecində "Narkomaniya və tütündən istifadəyə qarşı" maarifləndirmə tədbiri keçirildi      
Tarix: 2023/09/29 14:03

Tibb Kollecində "Narkomaniya və tütündən istifadəyə qarşı" maarifləndirmə tədbiri keçirildi.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən keçirilən və Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə giriş sözü ilə çıxış edən 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin tələbələr üçün əhəmiyyətini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, tütündən istifadənin xüsusilə gənc nəslin sağlamlığına zərərləri barədə son məlumatını qeyd etdi və gənclərə hər zaman sağlam həyat tərzini seçmələrini arzuladı.

Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə aparılan maarifləndirmə tədbirlərində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları,media və ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi.Dövlətimiz tərəfindən vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan bəhs edən QHT sədri, cəmiyyətimizin fəal üzvləri kimi tələbələri, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməletməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə dəvət etdi.

Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və Yasamal rayon İcra Hakimiyyətinin Narkomaniya ilə mübarizə üzrə Komissiyasının məsul katibi Rasim Əliyev, Azərbaycan Prezidentininimzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı və təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Çıxış edən tədbir iştirakçıları ölkə rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını ifadə etdilər.

Maarifləndirici bukletlərin paylandığı tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının təqdimatında narkomaniya faciəsindən bəhs edən "Həyatla Oyun" tamaşası göstərildi.

Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri





ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN