Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“QHT ziyarətləri” davam edir      
Tarix: 2022/04/10 21:21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” layihəsinin icrasını davam etdirir.

Layihənin məqsədi qeyri-hökumət təşkilatlarını və onların resurslarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini birgə müzakirə etməkdir.

Bu həftə ərzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisləri ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qonaqları salamlayaraq təşkilat və onun fəaliyyəti ilə bağlı onlara geniş məlumat verib, həyata keçirilən işlərdən söz açıb. Daha sonra təşkilatın iş şəraiti ilə qonaqları tanış edib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da rəhbərlik etdiyi qurumda qonaqlara ətraflı məlumat verərək, ofisin sığınacaq kimi fəaliyyət göstərdiyini, burada məskunlaşan qadınların peşə bacarıqlarının artırılması məqsədilə müxtəlif kurslar təşkil edildiyini, uşaqların təhsil almalarına xüsusi diqqət ayrıldığını, könüllü müəllimlərin sığınacaqdakı uşaqlara ingilis dili dərsləri verdiyini, habelə 40 tələbənin sığınacaqda praktika keçdiyini vurğulayıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva hər iki QHT-nin ofisinə ziyarətin əhəmiyyətini qeyd edərək, təşkilatların həyata keçirdiyi fəaliyyətlərlə yerində tanışlığın faydalı olduğunu, onlarla fərdi qaydada müzakirələr aparmağın QHT sektorunun inkişafına öz töhfəsini verdiyini bildirib.

 

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 14 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN