Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Aqil Camalın İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınıb    
Tarix: 2021/04/15 15:48

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camalın Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınıb.

A.Camal bildirib ki, indiyədək hər hansı ictimai şurada təmsil olunmayıb: “Bu dəfə özümü sınamaq istədim. Bu komitəni də seçməyim təsadüfi deyil. Özüm Kəlbəcər rayonundan məcburi köçkünəm. Torpaqlarımızın azad olunmasından sonra bu Komitənin qarşIsında da yeni vəzifələr dayanır. Bu vəzifələrin icrasında müşahidəçi və ictimai şura üzvü kimi iştirak etməyi mənəvi borc hesab etdim. Ümid edirəm ki, namizədliyim həmkarlarım tərəfindən dəstəklənəcək”.

Aqil Camal 1976-cı ildə Kəlbəcər rayonunda anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2002-ci ildə akademiyanın magistraturasını bitirib. 90-cı illərin ortalarından mətbuatda yazılarla çıxış etməyə başlayıb. 1998-2006-cı illərdə “Türkün səsi” qəzetində redaktor, “Press-Fakt”, “Üç nöqtə”, “Ekspress” qəzetlərində müxbir kimi çalışıb.

2006-cı ildən “Türküstan” Media Qrupunun baş redaktorudur.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədridir. Parlament Jurnalistləri Birliyi sədrinin beynəlxalq əlaqələr üzrə müavinidir. Jurnalist kimi fəaliyyəti dövründə dövlət orqanları, yerli və xarici qurumlar tərəfindən, Azərbaycan diasporunun təşkilatlanması, gənc nəsilin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli tarixin və mədəniyyətin mətbuatda təbliğindəki çalışmalarına və xidmətlərinə görə çoxsaylı fəxri fərman, diplom, mükafat, təşəkkürnamə və ödüllərlə təltif edilmişəm. 2012-ci ildə Ankarada TÜRKSOY təşkilatının xüsusi media ödülünə, 2019-cu ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının Türk dünyasına xidmət mükafatına layiq görülüb.

Ailəliyəm. 2 övladı var.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN