Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev – Dosye      
Tarix: 2024/01/12 14:16

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib. General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

OrtaqDeyerler.az bildirir ki, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvarda anadan olub.

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.

Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə “polkovnik-leytenant” rütbəsini daşıyıb. Ona “polkovnik” rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla “general-mayor” hərbi rütbəsini alıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə “general-leytenant” hərbi rütbəsi verilib.

Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.

Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında iştirak ediblər. FacebookWhatsAppTelegramTwitteРесу

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN