Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
CASCFEN yeni layihənin icrasına başladı      
Tarix: 2022/09/02 14:33

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarınin inkişaf etdirilməsi” adlı layihənin icrasına başlayıb. QHT. az  xəbər verir ki, Bu barədə sözügedən İctimai Birlikdən məlumat verilib. 

Qeyd edilib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.

 QHT-lərın fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir. 

Öz növbəsində qrant layihələri əsasında QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyət sərgiləyirlər. Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki bu layihələrin icrasının, ümumilikdə QHT-lərin fəaliyyətinin KİV-də lazımlı şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun da əsas səbəbi QHT-lərin böyük əksəriyyətinin KİV-lə, o cümlədən sosial meda ilə işlərini düzgün qurmamaları ilə bağlıdır. 

Odur ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

Məlumatda vurğulanıb ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır. 

Yəni layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyyələrin verilməsi təşkil edir. 

Bu zaman qardaş Türkiyənin təcrübəsinin də araşdırılması, o cümlədən Azərbaycandakı ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmalarının əsasında hazırlanmış məqalələrin saytlarda dərci nəzərdə tutulub. 

“Layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, layihənin gedişi barədə KİV-lərdə və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzədə tutulub. Bir sözlə, layihənin məqsədi QHT təmsilçilərinin media ilə iş barədə bilik və bacarıqlarının artırılmasına, media ilə QHT-lər arasında əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdir”, - deyə məlumatda qeyd edilir.  

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN