Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
11 aydan az vaxtımız var, dərhal başlamalıyıq! - Prezident      
Tarix: 2023/12/16 00:41

Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir.

Ortaqdeyerler.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.

"Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.

Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - dövlət başçısı bildirib.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN