Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin aqibəti necə olacaq? – Ekspertlər AÇIQLADI      
Tarix: 2023/10/19 15:33

Qarabağda münaqişənin başa çatdığını nəzərə alsaq, Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin aqibəti necə olacaq?

Bu məsələ ilə bağılı ekspertlər Turkustan.az-a fikirlərini bildiriblər.

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, “mənə elə gəlir, artıq Rusiya-Türkiyə monitorinq qrupunun fəaliyyətinə də ehtiyac yoxdur.

AbzasMedia - Ermənistanda maraqlı siyasi oyun gedir- Elxan Şahinoğlu

Rusiya ola bilsin ki, rus hərbi kontingentinin Qarabağdan çıxarılmasından çox, bu monitorinq qrupuna birləşməsinə təklif irəli sürə bilər. Bu da bizim maraqlara uyğun gəlmir. Mənə elə gəlir ki, biz bu məsələdə Türkiyə ilə birgə çıxış etməliyik. Birlikdə artıq açıqlama verilməlidir ki, monitorinq qrupunun fəailiyyətinə ehtiyac qalmayıb.

Onsuz da, əvvəldən bu qrupun fəaliyyəti tənqid olunurdu. Ona görə də bu istiqamətdə Azərbaycan və Türkiyə birgə addım atarsa, Rusiyanın bu monitorinq qrupundan imtina etməkdən başqa alternativi qalmayacaq”.

Hərbi ekspert Telman Qasımov isə bunları bildirdi: “Onların o qədər qapalı fəaliyyətləri oldu ki, monitorinq qrupunu yarandıqları gündən bu yana konkret görəcəkləri işlər haqqında məlumatımız olmadı. Bir dəfə də olsun, onlar tərəfindən bir bəyanat səsləndirilmədi.

<img alt="Heç olmasa xarabalıq vəziyyətdə qalmış tarixi yerləri qorumaq lazımdır" —="" telman="" qasımov"="" data-cke-saved-src="https://cdn.demokrat.az/uploadedfiles/custom/2022/4/11/1/1096b9dc-d79b-4bf4-a924-a858d43fdd80/telman1.jpg" src="https://cdn.demokrat.az/uploadedfiles/custom/2022/4/11/1/1096b9dc-d79b-4bf4-a924-a858d43fdd80/telman1.jpg" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; margin-top: 0px; margin-bottom: 30px; max-width: 100%; height: 230px; width: 350px;">

Əgər sülhməramlılar Qarabağı tərk edəcək olsa, bunlar gedib Zəngəzurda yerləşəcəklər. Çunki bunun başqa yolu yoxdur. Yarandıqları gündən bəri bir fəaliyyətləri olmadığı üçün, qapalı olduqları üçün bunların aqibətinin necə olacağını söyləmək çətindir. Fəaliyyətləri varsa da, mediaya açıq olmayıb.

Dediyim kimi, sülhməramlılar olmadıqdan sonra onların da qalmasının bir mənası yoxdur. Yəqin ki, onlar da monitorinq mərkəzini ləğv edəcəklər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN