Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu      
Tarix: 2024/10/21 21:09

25 ölkədən ATƏT PA-nın 60-a yaxın müşahidəçisi 27 oktyabr parlament seçkiləri izləmək üçün Özbəkistana səfər edəcək. ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri və əvvəllər qurumun vitse-prezidenti vəzifəsində çalışmış Azay Quliyev (Azərbaycan) olacaq.

Bu barədə ATƏT PA-nın bu gün yaydığı açıqlamada deyilir (http://www.oscepa.org/en/news-a-media/press-releases/press-2024/nearly-60-osce-pa-observers-to-deploy-to-uzbekistan-for-27-october-elections).

Seçki günü müşahidə üçün Özbəkistanın bir sıra regionlarına getməzdən əvvəl müşahidəçilər seçki administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələri, namizədlər, partiya nümayəndələri və ekspertlər tərəfindən seçkiqabağı vəziyyətlə bağlı ətraflı məlumatlandırılacaqlar.
ATƏT PA-nın yaydığı məlumatda deputatımızdan sitat gətirilir: "Bu seçkilər Özbəkistanın demokratik inkişafında əlamətdar məqamdır. Yeni qarışıq seçki sisteminin tətbiqi ilə konstitusiya və seçki islahatlarından sonra Özbəkistan əsaslı dəyişikliklərə doğru gedir. Bizim missiyamız təkcə bu seçkilərin qanunvericilik bazasını deyil, həm də onun demokratik ruhunun təcrübədə necə əks olunmasını müşahidə etməkdir”, - deyə xüsusi koordinator Quliyev bildirib. Azay Quliyev daha sonra qeyd edib ki, "Müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesinin şəffaflığını və ədalətliliyini təmin edilməsi baxımından seşki prosesinə obyektiv və ətraflı qiymət verməkdir. Biz qərəzsizlik və Özbək xalqının iradəsinə hörmətlə bu prosesin şahidi olmaq üçün buradayıq".

“Seçkilər ATƏT-in 1990-cı il Kopenhagen Sənədində əks olunan demokratik öhdəliklərə uyğun olaraq qiymətləndiriləcək. Seçkilərlə bağlı ilkin nəticələr oktyabrın 28-də Daşkənddə keçiriləcək mətbuat konfransında təqdim olunacaq” deyə açıqlamada bildirilir.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN