Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Faiq Qəzənfəroğlu: “Türkmənlər Suriyanı tərk etməməli, lazım gəldiyi anda Türkmən dövlətini qurmağa hazır olmalıdırlar”
Tarix: 2016/02/16 12:35

“Bu gün Suriya Türkmənləri Suriyada ölüm ya da qalım ugrunda mücadilə verirlər. Suriya Türkmənlərinin bu zor durumunda Türk Dünyası, konkret olaraq Türksoylu dövlətlərin toplumlarının, təşkilatlarının, Türk aydınlarının səssiz qalması doğru deyildir. Bizcə,  bu gün Suriya Türkmənlərinə ən azından mənəvi dəstək veməyənlər türklük şüurundan, türk genindən çox uzaqdırlar” Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, doç,.dr. Faiq Qəzənfəroğlu son zamanlar Suriyada yaşayan 4 milyona, bəzi bilgilərə görə 6-7 milyona yaxın Türkmənin həyati təhlükəsinin artması, onlardan bir qisminin Türkiyə sərhədlərinə üz tutmasıyla bağlı bildirib. Onun sözlərinə görə, Suriya Türkmənlərinin acınacaqlı vəziyyəti nə ABŞ və onun tərəfdarlarını, nə də onlara tərs görünən Rusiya və İranı maraqlandırır. Əksinə, Suriya Türkmənləri məhz ABŞ, Rusiya, İran kimi dövlətlərin təhdidi altındadır. Çünki Türkmənlərin Suriyada bir güc sahibi olmasını demək olar ki, Türkiyə istisna olmaqla həmin dövlətlər, eləcə də başqaları ya maraqlı deyillər, ya da loyal münasibət göstərirlər.

Faiq Qəzənfəroğlu hesab edir ki, Türksoylu ölkələr olan Azərbaycan, Qazaxıstan, Türkmənistan və başqalarının bu məsələylə bağlı bir dəfə də olsun, hər hansı səviyyədə bir araya gəlib ortaq mövqe nümayiş etdirməməsinin səbəbkarı da Rusiyadır: “Rusiya bəzən açıq-aşkar şəkildə, bəzən dolayısıyla da olsa bu dövlətləri Suriya türkmənləri, o cümlədən onlara dəstək olmağa çalışan Türkiyəyə münasibətdə səssiz qalmağı məsləhət görür. Biz, Suriya Türkmənləri, o cümlədən onlara dəstək olduğu üçün kəskinləşən Türkiyə-Rusiya münasibətləri məsələsində vaxtilə Sovetlər Birliyinin tərkibində olmuş Türksoylu dövlətlərin hakimiyyətlərinin səssiz qalmasını anlasaq da, amma bu toplumların öndə gedən təşkilatlarının, aydınlarının əsasən susqunluğu dogru deyildir. Bizcə, Türk qanı, Türk ruhu daşıyan hər bir kəs nə olursa olsun, Suriya Türkmənlərinin məhvinə, öz yurd-yuvalarından  didərgin qalmasına səssiz qalmamalıdır”.

Azərbaycan Türk aliminin fikrincə, bu anlamda Türkiyənin həm öz milli bütünlüyünü, həm də Suriya Türkmənlərinin Suriyadakı milli varlığı üçün verdiyi mücadilə daha doğru addımdır. Özəlliklə, Suriya Türkmənlərinin tamamının Türkiyəyə köç etməsini dogru hesab etməyən F.Qəzənfəroğluna görə, Türkmənlər üçün bu çıxış yolu ola bilməz. Çünki ABŞ, Rusiya və İran kimi dövlətlərin marağı da odur ki, Türkmənlər Suriyanı tərk etsinlər: “Suriya Türkmənləri Suriyanı tərk etməməli, lazım gəldiyi anda Türkmən dövlətini qurmağa hazır olmalıdırlar. Hər halda ABŞ, Almaniya, Rusiya, İran kimi dövlətlər başqa məsələlərdə fikir ayrılığına sahib olsalar da, ancaq Suriya Türkmənlərinin ya məhv olmasında, ya da Türkiyəyə köç etməsində ortaq mövqedədirlər. Bəlkə, Türkmənləri öz əliylə bombalaya bilməyən ABŞ, Almaniya kimi dövlətlər Rusiya və İranın Suriyada olmasına, məhz bu amilə görə göz yummuşdur. Eyni zamanda, Rusiya və İranın da Suriya Türkmənlərini açıq şəkildə bombalamasının altında daha başqa amillər də vardır. Ən əsası odur ki, ABŞ, İran və Rusiya Türkiyə sərhədləri yanında kürd dövlətinin yaranmasında ortaq mövqe tuturlar”.

F.Qəzənfəroğlu bildirdi ki, Türkiyə sərhədlərinin yanında kürd dövlətinin yaranması isə çox təhlükəlidir. Ona görə də, Türk əsgərinin terror təşkilatı PKK-nın uzantısı olan PYD və YPG qüvvələrini bombalaması, eyni zamanda Türkmənləri Suriya ərazisində qalmasına çalışması başa düşüləndir: “Daha doğrusu, birinicisi, Türkmənlərin Türkiyəyə köçü Türkiyəyə qonşu olacaq kürd dövlətinin yaranmasının sürətləndirmək deməkdir. İkincisi, türkmənlərin Türkiyəyə köçü onların Suriyadakı milli varlığının birdəfəlik ortadan qaldırılması olacaqdır. Bütün bunlar yolverilməzdir ki, bu məsələdə Türkiyənin atdığı addımları dogru sayırıq. Bizcə, Türkiyə nə olursa olsun ABŞ, Rusiya və İranın dəstəyilə Türkmən torpaqları hesabına kürd dövlətinin yaranmasına yol verməməlidir. Çünki kürd dövlətinin yaranmasında başlıca məqsəd həm Türkiyənin dünya gücünə çevrilməsinə əngəl, həm də milli bütünlüyünə bir zərbədir. Əgər Suriyanın dövlət bütünnlüyünü bərpa etmək mümkün olmayacaqsa, Türkiyə çalışmalıdır ki, onun sərhədlərinin yanıbaşında kürd deyil, ilk növbədə Türkmən dövləti qurulsun”.

 

 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN