Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Azərbaycan qazandığı təcrübəni D-8 formatında da bölüşəcək”      
Tarix: 2024/12/20 12:28

Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Bununla bağlı Turkustan.az-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bilirib ki, ölkəmizə göstərilən bu etimad ilk növbədə Azərbaycanın son illərdə regional və beynəlxalq əməkdaşlıq platformalarına verdiyi effektiv töhfələrlə bağlıdır: “Təbii ki, burada ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsini görürük . 8 müsəlman ölkəsini birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə yaradılsa da, o vaxtda sıraları artırılmayıb. Azərbaycanın üzvlüyə qəbulu, D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə hesab oluna bilər. Bundan əvvəl də Azərbaycanın bu qurumla əlaqələri olub, Prezident İlham Əliyev xüsusi qonaq qismində 2017-ci ildə təşkilatın İstanbulda keçirilmiş IX Zirvə görüşündə iştirak edib”.

No description available.
İslam coğrafiyasının böyük qismini, təqribən 60 faizini əhatə edən D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın daha bir örnəyidir”.

İB sədrinin sözlərinə görə Azərbaycan bir sıra regional və beynəlxalq əməkdaşlıq platformalarında səmərəli fəaliyyəti ilə seçilir: “Azərbaycan beynəlxalq təşkilatlara rəhbərlik etdiyi dövrdə həmin təşkilatların iş əmsalının yüksəldilməsi, beynəlxalq nüfuzunun artırılması yönündə, dünyada etiraf edilən səviyyədə ciddi iş aparır. İnanıram ki, ölkəmiz bu sahədə qazandığı müsbət təcrübəni D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də bölüşəcək”.

Mübariz/Turkustan.az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN