Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Reklam Necə İşləyir?
Tarix: 2015/12/20 23:35

 Reklam istehlakçılar tərəfindən qəbul olunub yaddaşda saxlanılğı zaman öz vəzifəsini yerinə yetirir və işləyir demək olar. Bundan əvvəlki yazımda Reklamda Ünsiyyət yazısını yazdıqdan sonra, bu yazıda reklamda mesaj insanlar tərəfindən necə qəbul olunur, necə yaddaşda saxlanılır və qərar verildiyi zaman necə istifadə olunur mövzusunu sizinlə bölüşəcəyəm. Reklam mesajının qəbul olunması və işləməsi bizim qərar sistemimizlə bağlıdır. Reklam mesajları 3 məlumat anbarından keçməkdədir. Birinci mərhələ hissiyyat qəbul etmədir.

Bu mərhələnin 3 funksiyası var. Gələn bütün hissiyat məlumatlarını tanına bilən hala çevirir, məlumatı gələcəkdə istifadəsi üçün saxlayır və son olaraq məlumatı işlənməsi üçün yuxarı beyinə göndərir. İkinci mərhələ qısa müddətli yaddaşıdır. Burda məlumatın məntiqi dəyərləndirmələri aparılır və qısa zamanda burda saxlanılır. Çox çevik olduğu üçün tutumu azdır. Üçüncü mərhələdə uzun müddətli yaddaşdır. Bir insanın indiyə qədər etdiyi bütün fəaliyyətlər bu məlumat anbarında yerləşir. İstifadəsi lazım olmayan bütün məlumatlar buradadır.

indiyə kimi uzun müddətli yaddaşın işləmə sistemini iki cür şəkildə açıqlayanlar olub. Birinci cür mərhələli yaddaş. Məsələn insan mobil telefon dediyi zaman ağlına, əldə tutulan, üzərində bir neçə və yaxud daha çox düyməsi olan, ekranı olan bir əşya gəlir, sonra isə onun rəngləri göz qabağına gəlir, növbəti ağlımıza gələn isə kiməsə zəng etmək, sonra isə oyun oynamaq, mahnıya qulaq asmaq və s. gəlir. Ama bu çox sürətlə baş verir. Uzun müddətli yaddaşın ikinci cür işləmə şəklinin isə zamanla əlaqəli olduğunu söyləyirlər. Bir əşya, məhsul və s. haqqında məlumat uzun müddətli beyində zamana görə saxlanılır. Bura qədər məncə aydındır. İndi keçək mesaj zamanı baş verən hərəkətlərə. Mesaj mesaj qəbul edilənə gəldiyi zaman burada siqanalın gücü və uyğunluq çox önəmlidir. Belə olduğu təqdirdə şəxs rahatlıqla uzun müddətli yaddaşdan saxlanılan məlumatı geri çağıra bilir. Buna görədirki reklam şirkətləri reklam mesajını uyğun və mesajdakı siqnalın gücünü yüksək edirlər. Məsələn bir reklamda isti kofenin yayda içildiyi abu havasını yaratsanız bu heçdə uğurlu olmayacaq. Çünki artıq istehlakçı beynində uzun müddətli yaddaşda isti kofenin daha sərin günlərdə içilməsi lazım olduğu həkk olunub.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN