Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Azərbaycan Alimlər Birliyi təsis olundu
Tarix: 2015/12/26 20:22

 Bu gün (25.12.2015) Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alimlər Birliyinin (AAB) Təşəbbüs Qrupunun təsis konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov bildirdi ki, AAB-nin yaranması tarixi zərurətdən irəli gəldi. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində alim-ziyalı mövqeyinin bərpasına, alimlərin sosial problemlərinin həllinə ciddi ehtiyac var.
AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə elmlər doktoru Yadigar Türkel isə çıxışında AAB-nin yaranması prosesindən söz açdı. 

Daha sonra fəlsəfə doktoru Faiq Qəzənfəroğlu AAB-nin əsas məqsəd və vəzifələri haqqında danışdı. Onun sözlərinə görə, AAB müxtəlif elm sahəsində çalışan alimlərin elmi əsərlərinin və kəşflərinin ictimai müzakirələrini, əlaqələndirilməsini, təbliğini həyata keçirəcək. AAB-nin qarşısında duran vəzifələrdən biri də gənc alimlərin qarşısına çıxan bürokratik əngəllərin, o cümlədən xarici dil üzrə beynəlxalq sertifikat (TOEFL, İELTS) məsələsinin də müsbət şəkildə həlli olacaq. Eyni zamanda AAB-nin saytı fəaliyyət göstərəcək, jurnalı nəşr olunacaq.
F.Qəzənfəroğlu bildirdi ki, AAB cəmiyyətimiz, elmimiz üçün yeni bir nəfəs olacaq. Elmdə yuxarıdan aşağıya olan təzyiq sindromuna son qoyaraq, aşağnın yuxarıya təzyiqinə nail olacaq. Bununla yanaşı, Elm haqqında Qanunun layihəsinin parlamentdə tezliklə qəbul olunmasına çalşacaq.
Daha sonra AAB-nin nizmanaməsi qəbul edilərək, 7 nəfərdən ibarət İşçi Qrupu yaradıldı. 
İşçi Qrupuna Yadigar Türkel, Dilavər Əzimli, Paşa Həsənli, Alı Balayev, Əzizağa Ələkbərov, Faiq Qəzənfəroğlu və Tahir Cəbiyev daxil olundular.
Təsis konfransında tanınmış alimlərdən Dilavər Əzimli, Yasamən Qaraqoyunlu, Tahir Cəbiyev, Faiq Qəzənfəroğlu və başqaları da çıxış etdilər.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN