Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
ilk “AZƏRBAYCAN XALÇASI ENSIKLOPEDIYASI”nın müəllifi − sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyevanın Doğum günüdür
Tarix: 2016/01/01 22:04

Bu gün gözəl insan, ömrünün 48 ilini Xalça sənətinə həsr etmiş, “Şöhrət” ordenili, "Əməkdar Mədəniyyət işçisi", 100-dən çox elmi əsərin, konsepsiyanın, layihənin müəllifi, ilk “AZƏRBAYCAN XALÇASI ENSIKLOPEDIYASI”nın müəllifi − sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyevanın Doğum günüdür.
UCA ALLAHDAN Sizə uzun ömür, can sağlığı arzulayırıq.
DOÐUM GÜNÜNÜZ MÜBARƏK OLSUN RÖYA XANIM!!!

Tağıyeva Röya Seyfəddin qızı 1945-ci ildə yanvar ayının 1-də Bakı şəhərində anadan olub. 1951-ci ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olaraq 1961-ci ildə orta təhsilini başa çatdırıb. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1966-cı ildə buranı bitirib. 1966 - 1968- cı illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun iki illik ingilis dili kurslarında oxumuşdur.
1967-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin ilk yaranma tarixindən bu günə qədər həmin muzeydə çalışır.
- 1967- 1972 –ci illərdə kiçik elmi işçi,
- 1972-1978 – ci illər böyük elmi işçi, 
- 1978-1979 – cu illərdə elmi katib, 
- 1979-1982 –ci illərdə Muzeyin elmi-tədqiqat şöbəsinin müdiri, elmi-ekspozisiya şöbəsinin müdiri,
- 1982-ci ildən bu günədək muzeyin direktoru vəzifəsində çalışıb.

1982- ci ildə “XIX- XX əsrin əvvəllərində Azərbaycanın süjetli tematik xalçaları” mövzusunda sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi üzrə, 2003-cü ildən “Azərbaycan xalçası (Azərbaycan xalça sənətinin inkişaf mərhələləri)” mövzusunda sənətşünaslıq doktoru alimlik dərəcəsi üzrə dissertasiyaları müdafiə etmiş, 2007- ci ildə isə “Təsviri və dekorativ- tətbiqi sənət” ixtisası üzrə professor elmi adını Ali Attestasiya Komissiyası tərəfindən almıb. «Azərbaycan dekorativ tətbiqi sənəti» (1986), «Azərbaycan süjetli xalçaları» (1988), «Nizami obrazları xalçalarda» (1998), «Azərbaycan xalçası» (1999), «Azərbaycan xalçası məişətdə» (2006) və «Lətif Kərimov fenomeni» (I, II cild -2006), “Azərbaycan Xalçası” (macar və ərəb dillərində- 2011) adlı səkkiz monoqrafiyanın və xalça sənətinə həsr olunmuş 100-dən çox elmi əsərin, konsepsiyanın, layihənin, elmi-sənədli filmlərin ssenarisinin, dərsliklərin, məcmuələrin müəllifi və Azərbaycan xalçasının YUNESKO-nun Qeyri Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına təqdim edilməsi üçün reprezentativ faylın müəllifi olmub.

“Şərq xalça sənəti” üzrə Beynəlxalq Simpoziumlar (1983, 1988, 2003 və 2007- ci illər), “Böyük İpək Yolu”na həsr olunmuş Beynəlxalq Simpozium (2003-cü il), “Mədəni irs xalçalarda” elmi praktik konfrans (2002-ci il) və s. beynəlxalq və respublika miqyaslı elmi tədbirlərin təşkilində iştirak etmiş və məruzələrlə çıxış edib.

1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1992-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Ekspert komissiyasının sədri, 1992 - ci ildən YUNESCO-nun nəzdində (ICOM/YUNESCO) Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, 1992 – ci ildən YUNESCO – ICOM Konsultativ Komitəsinin İşçi qrupunda ICOM Azərbaycan Milli Komitəsinin sədri kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti yanında 2000 - ci ildən bu günə qədər Ali Attestasiya Komissiyasının eksperti, 2000-ci ildən “Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü, 2001 - ci ildən Vaşinqton «Tekstil Muzeyi» nin fəxri üzvü, 2002-ci ildən Açıq Cəmiyyət İnstitutu - Azərbaycan Yardım Fondunun eksperti, 2003-cü il Avropa Tekstil Şəbəkəsinin, 2010 – cu ildən “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və bu günədək sədri, 2011 - ci ildən Beynəlxalq İncəsənət Fondunun üzvü, 2012-ci ildən Avropa Muzeylər Forumunun Milli Korrespondentidir.

2004 - cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğul olur, 5 Sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri, magistr, dissertantların elmi rəhbəri, onlarla namizədlik və doktorluq dissertasiya işinin rəsmi opponenti, bir sıra tədqiqat işlərinin hazırlanmasında elmi məsləhətçi, elmi redaktor və rəyçi kimi fəaliyyət göstərib, 2006 - cı ildən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedoqoji fəaliyyətlə məşğul olur.

Mükafatlar:
Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub,(2015) «Bakılı» Beynəlxalq Mədəniyyət Cəmiyyətinin təsis etdiyi «Humay» mükafatına, «Vektor» Beynəlxalq Elmi Mərkəzinin «XXI əsrin məşhur qadınları» diplomuna layiq görülüb. 1999-cu ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə həmin ölkənin «Dostluq» ordeni ilə, 2006-cı ildə Rusiya Federasiyası İCOM -nun «Şərəf nişanı», Rusiya Federasiyasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin fəxri fərmanı, 2006- cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Əməkdar Mədəniyyət işçisi» fəxri adı, 2008- ci ildə Muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq və səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, 2010-cu ildə Azərbaycan tətbiqi sənət mədəniyyətinin inkişafına verdiyi tövhəyə, şəxsi mədəniyyət və “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının fəaliyyətinə dəstəyə görə “Simurq” beynəlxalq medalı, 2011- ci ildə Elm və Sənətə olan xidmətlərinə görə Səlcuq Universiteti Səlcuq Araşdırmaları Mərkəzi tərəfindən “Elm və Sənətə xidmət mükafatı” və 2012-ci ildə Fransanın Kavaler ordeni rütbəsi ilə İncəsənət və Ədəbiyyat sahəsi üzrə təltif edilib.

Xalça sənətinə həsr olunmuş 100-dən çox elmi əsərin, konsepsiyanın, layihənin müəllifidir. Bunlardan monoqrafiyaları, kitabları, elmi-sənədli filmlərin ssenarisini, dərslikləri, məcmuələri - «Azərbaycan dekorativ tətbiqi sənəti» (1986), «Azərbaycan süjetli xalçaları» (1988), «Nizaminin xalça obrazları» (1998), «Azərbaycan xalçaları» (1999), «Lətif Kərimov fenomeni» I, II cild (2006), “Azərbaycan Xalçası”(macar və ərəb dillərində- 2011) adlı səkkiz monoqrafiyanı qeyd etmək olar.
Ailəlidir. İki övlad, beş nəvə sahibidir

 

Fuad Rəsul

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN