Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Əsgərə məktublar" mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb
Tarix: 2016/01/08 23:10

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan etdiyi “Əsgərə məktublar” mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqəyə ötən il dekabrın 7-dən 2016-cı il yanvarın 18-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazılar 3 min işarədən çox olmamalı və məktub janrında yazılmalıdır. Bütün yazılar vətənpərvərlik ruhunda qələmə alınmalıdır.

Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər. Yazılar dekabrın 30-dək elektron formada (yazının linki əlavə edilməklə) [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur” qeydi zəruridir.

Müsabiqədə ilk üç yeri tutan şəxslərə müvafiq olaraq 500, 300 və 200 manat məbləğində mükafat veriləcək. Bundan əlavə, 10 nəfərə 100 manat məbləğində həvəsləndirici mükafat nəzərdə tutulub.

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN