Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Orxan Oruc: “Bizim cəmiyyət üçün hər hansı bir kişinin öz qadınına qarşı qısqanclıq hərəkətləri başqa bir cəmiyyətdə tamamilə a
Tarix: 2016/01/13 12:24
İnsan həyatına təsir edən narahatedici duyğulardan biri də qısqanclıqdır. Bəziləri qısqanclığa sevginin qayçısı, bir başqası ona ruhun xəstəliyi kimi baxır, digəri isə qısqanclığın insanı alçatdığını iddia edir. Ekspertlərə görə, qısqanclıq çox zaman dəyərsizlik, bədbəxtlik, təklik, özünəinamsızlıq və çarəsizlik kimi duyğularla yanaşı müşahidə olunur. Qısqanclıq həm sahib olduğunu itirə biləcəyi, həm də başqasının sahib olduğuna sahib olma istəyi ilə yaranan duyğudur.
 
Qısqanclıq bəzən gündəlik həyatın bir anı olaraq gəlib keçən, bəzən isə bütün həyatı alt-üst edə biləcək bir duyğu kimi müşahidə edilir. Qısqanclıq çox zaman qısqanan şəxsin daxili dünyasında şişirdib şərh etdiyi problemlərdən də irəli gələ bilir.
 
Bəs insan niyə qısqanır? Bu, özünə inamsızlıqdır, yoxsa qarşındakına?
 
Gənc Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq Orxan Orucun sözlərinə görə, qısqanclıq hər hansı bir şəxsin nəyisə və ya kimisə itirmə qorxusu hissindən yaranan duyğudur. Qısqanclıq hissi təbiətdə də var. Yəni tək insanlara məxsus bir hiss deyil. Adi ev heyvanlarında da bunu rahatlıqla müşahidə etmək olar. Qısqanclıq ilkin mərhələdə və zəif formada olduqda, bu, insanlar tərəfindən normal şəkildə qarşılanır. Ancaq bir qədər aşırı dərəcəyə keçdikdə, həm şəxsin özü üçün, həm də digərləri üçün ciddi problemlər yarada bilir. Hətta cinayət məcəlləsində belə qısqanclıq zəminində baş verən cinayət əməllərini tənzimləyən maddələr də var.
 
- Qısqanclıq hansı yaş dövründə daha güclü olur?
 
- Qısqanclıq hissinin yaranması ilə bağlı müxtəlif yanaşmalar var, bəziləri qısqanclıq hissinin anadangəlmə olduğunu, bəziləri isə sonradan yaranan bir hiss olduğunu söyləyir. Nəzərə alsaq ki, qısqanclıq hissi insanların yaşadığı cəmiyyətə uyğun olaraq özünü büruzə verir, o zaman deyə bilərik ki, qısqanclıq hissi sonradan yaranan hissdir. Yəni qısqanmaq üçün səbəb olmalıdır ki, o yaransın. Məsələn, 3 yaşına kimi evdə tək böyüyən uşağa olan diqqətin, qayğının ailəyə daxil olan yeni uşağa görə azalması qısqanclıq hissinin özünü büruzə verməsinə səbəb olur. Heç vaxt qısqanclıq nümayiş etdirməyən və ya etdirməsi üçün səbəb olmayan bir uşaq birdən-birə şiddətli qısqanclıq davranışları göstərməyə başlayır.
 
- Kişilər daha çox qısqanc olur, yoxsa qadınlar?
 
- Əvvəla onu deyim ki, qısqanclığın kökündə itirmə qorxusu olduğuna görə, bu hissi yaşayan insanın qadın və ya kişi olmasının heç bir fərqi yoxdur. Amma bununla belə cəmiyyətimizdə kişilərin qısqanc davranışları daha adi qəbul edilə bilir. Psixologiya elmində təkamül psixologiyası deyilən bir bölmə var. Təkamül psixologiyası insan psixikasının təkamül etdiyini və bəzi davranışlarımızın kökünün genetik yaddaşımızla min illər əvvələ getdiyini izah edir. Qısqanclıqla bağlı təkamül psixologiyası çox maraqlı bir açıqlama verir. Təkamülçü psixoloqlara görə, uşağın dünyaya gəlmə prosesi ananın bətnində baş verdiyi üçün ananın kim olması ilə bağlı heç bir şübhə qalmır. Lakin uşağın atasının kim olması ilə bağlı heç bir vaxt kişilərdə 100 faizlik əminlik hissi olmur. Və tarix boyu genetik yaddaşda bu qeyri-əminlik hissi kişilərin qısqanc davranmasını kişiyə məxsus bir vərdiş formasına salıb. Həmin yanaşmaya görə qadınların isə genetik yaddaşında kişinin başqa qadın tapacağı halda onu yalnız qoyması qorxusundan əmələ gələn qısqanclıq hissi formalaşıb. Bu yanaşmanın doğru olub-olmadığını söyləmək çətindi. Amma istənilən halda, cinsindən asılı olmayaraq, qısqanclığın kökündə eqoist maraqlar durur.
 
- Qısqanclıq, doğrudan da sevginin göstəricisidir?
 
- İstənilən halda sevginin göstəricisi deyil. Qısqanclıq sevgiyə olan şübhənin və inamsızlığın göstəricisidir. İnsan üçün dəyərli olan şəxsi itirməmək istəyi və bu istəkdən gələn cüzi qısqanclıq hissləri təbii və normaldır. Ancaq əksər vaxt aşırı qısqanclığın şiddəti insanın özünün sevilməyə olan ehtiyacının miqdarını da göstərir. Bunun təzahürü isə insanların xarakter xüsusiyyətlərindən asılı olaraq şiddət, təzyiq və ya küsmə kimi reaksiyalarla ola bilər.
 
- Son illər Azərbaycanda ailə-məişət zəminində baş verən qətllərin sayı artıb. Hadisəyə səbəb kimi də adətən qısqanclıq göstərilir. Qısqanclıq doğrudan da dəhşətli cinayətlərə yol açır, yoxsa bunlar sadəcə bir bəhanədir?
 
- Ümumiyyətlə, qısqanclıq anlayışı, onun çərçivələri, təzahür xüsusiyyətləri cəmiyyətin dəyərlərinə görə fərqli-fərqli formada olur. Məsələn, bizim cəmiyyət üçün hər hansı bir kişinin öz qadınına qarşı qısqanclıq hərəkətləri başqa bir cəmiyyətdə tamamilə anormal bir hərəkət kimi dəyərləndirilə bilər. Çox zaman elə qısqanclıq zəminində baş verən cinayət hadisələrinin kökündə də cəmiyyətin dəyərlərinə uyğun davranma məcburiyyəti durur. İnsanlarda şablonlaşmış davranış normaları var, məsələn, ər qadınını qısqananda necə davranmalıdı? Qardaş bacını necə qısqanmalıdı və s. Xüsusi hallar var ki, o hallarda da insan özünü şablonlaşmış hərəkətlər etməyə məcbur edir. Hətta bu cür davranışların cinayət tərkibi olsa belə, həmin hadisəyə ictimai qınağın daha şiddətli olması şəxsin cinayət törətməyi üstün tutmasına səbəb olur. Qısqanclıq zəminində cinayət törədənlərə həbsxana həyatında daha hörmətlə yanaşılır və həmin cinayət əməli kişilik əlaməti kimi dəyərləndirilir.
 
- Özünü aşırı dərəcədə büruzə verən qısqanclıq hissini psixoloji olaraq müalicə etmək mümkündürmü?
 
- Qısqanclıq hissinə qalib gəlmək üçün ilk olaraq qısqanan şəxs bunu özü istəməlidi. Bundan sonra həmin şəxsdə qısqanclığın kök səbəbləri onunla birgə analiz edilməli və məntiqi yanaşma ilə qısqanclıq yaradan səbəblərlə mübarizə aparılmalıdı. Bəzən insanların qısqanclıq hissi, xüsusilə sevgi münasibətlərində, əvvəlki təcrübələrə əsaslanır. Ancaq bu şəxsin özü tərəfindən dərk olunmadığı üçün başqalarının və ya özünün əvvəlki təcrübələri əsasında yaranmış qısqanclıq hissi ilə mübarizə aparmaq çətinləşir. Odur ki, qısqanclıq hissinin zəiflədilməsi üçün ilk növbədə şəxs öz qısqanclıq səbəblərini dərk etməlidir. Qısqanclıq problemi ilə bağlı psixoloqlara müraciətlər olur. Əksər hallarda isə qısqanclıq hissini yaşayan şəxs özü deyil, qarşı tərəfin qısqanclığından əziyyət çəkənlər müraciət edirlər.
 
Şəymən
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN