Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
  Psixoloq  Aytən Fətullayeva “sən uşaqsan heç nə bilmirsən” kimi ifadəli  ana münasibətləri...
Tarix: 2016/01/25 23:00

              Mövzunu təhlil etmədən öncə ana məfhumu haqqındakı fikirlərimi sizlərlə paylaşmaq istərdim. Kimdir ana? Bətnində 9 ay bioloji olaraq bəslədiyi dölün dünyaya gətirilməsiyləmi başlayır analıq adı? Bu suallar mənim kimi sizlərin də düşüncəsində  var, lakin cavablar hər bir kəsin dunyagörüşü, intelekt səviyyəsi, özünüdərketməsi, insanlığa, həyata olan  münasibətinə görə fərqli, individualdır. Mənim dərk etdiyim qədəriylə qadınlarda  analığ duyğusu övlad dünyaya gətirməklə başlamır. Bunun təməli qadının yaradılışında vardır sadəcə formlaşdığı mühit,təbii imkanlar, hərəkətverici qüvvə, geneotip bu hissin gələcəkdə hansı aspektdə formalaşmasına böyük təsir edir.Analığ məfhumu hansı keyfiyyətlərlə özünü göstərir?Ana dedikdə düşüncəmizdə qayğıkeş,fədəkar,canayaxın,həyəcan dolu güclü zəngin keyfiyyətlərə malik obraz canlanır.Görəsən bütün ovladların düşüncəsində bu obraz eyni şəkildəmi formalaşıb?

Görəsən bütün ovladların gözündə ana məhfumu gerçəkdən də şeirlərdə, hekayələrdə olduğu kimi müqəddəsdir?. Son zamanlar ailə  münaqişələri zəminində baş verən cinayət halları işərisində təəssüf  ki ovladı tərəfindən amansızcasına  qətlə yetirilən və ya qətlin sifarişçisi olan ana ölümlərinə rast gəlirik.Bu tipli xəbərləri eşidən zaman  birmənalı şəkildə qınanılan, lənət oxunan cinayəti törədən şəxs olur.Mövzudan kənara çıxaraq qeyd etməliyəm ki səbəb nə olur olsun hətda önümüzdəki ən mənfi dəyərlərə sahib biri olsa belə əgər bir qarışqanı yaratmaq iqtidarında deyiliksə canlıların ən alisi ,şüura malik  olan insanın insanın canına qəsd etməsi həm dini baxımdan, həm də öz və ətrafındakı bir çox insanların psixikasına verilən mənfi təsir yönündən düzgün əməl sayılmaz.İstənilən bu kimi hallarda nə qədər obyektiv münasibət bəsləməyə çalışsam belə subyektiv olaraq bir suala cavab axtarmağa çalışıram, görəsən  həyata keçrilmiş bu kimi cinayət əməlinin qatili gerçəkdən gunahkar damğası vurulub lənətlənən ovladmıydı yoxsa ovladı qatil olmağa sovq edən ananın öz  valideyinlik rolunu düzgün icra etməməsiydi?

 

Psixoloji aspektdən məsələni araşdırarkən , bu kimi halların yaranmasından öncəki münasibəti analiz edərkən heç bir nəticənin birdən birə baş verməməsinin şahidi oluruq. Ailədə düzgün psixoloji iqlimin olmaması, ailə üzvlərinin əsasən böyüklərin müsbət yöndən ovladlarına örnək olacaq dəyərlərə sahib olmaması, ovladlarına şəxsiyyət kimi deyil şəxsi vəsait kimi yanaşması, uşaqlar arasında fərqlərin qoyulması, uşaqlarda yaş kecidləri ilə əlaqədar özünü göstərən keyfiyyət və davranışalrın   düzgün qiymətləndirilməməsi, valideylərdə uşaqlara qarşı empatiyanın olmaması, eyni dildən danışa bilməməkvə.s kimi səbəblərin nəticəsi olaraq tədricən valideyin ovlad münasibətinin əsasını təşkil edən müsbət keyfiyyətlər mənfi aqressiv keyfiyyətlərlə əvəzlənir beləliklə də içində olduğu rolu unudmuş olur və bir gün affekt və ya qeyri affekt vəziyyətində cəmiyyətdə bir mənalı şəkildə lənətlənən cinayətkar adını qazanmış olur. “Qadın boyundur kişi baş, boyun harsı tərəf hərəkət etsə baş da ora doğru istiqamətlənir” fikrinə istinad edərək ailədə qadının rolunun əvəzsiz olduğunu vurğulamaq istərdim.Ailənin təməlin təşkil edən ər və arvad məfhumları öz rollarını düzgün dərk edib reallaşdırarlarsa, o ailədə böyüyən uşaqlar da lazımı ailə dəyərlərinə sahiblənərək özü, ailəsi və cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilmiş olar.

Uşağın3 yaşına kimi emosional inkifında ananın, 5 yaşına kimi intelektual inkişafında atanın rolu əvəzsizdir. Bu o deməkdir ki, dünyaya gətirilmiş uşaqa erkən uşaqlığ dövründə həyatı proseslərdə öz tələbatların ödəmək yönündən anadan asılı olan varlıq kimi deyil, ana bətnində embiron, fetal, prenatal mərhələləri keçərkən belə formalaşmağda olan şəxsiyyət kimi yanaşılıb, qiymətləndirilməlidir .Bizim tərbiyyə üsullarında dəstəkləmədiyim lakin çox ailələrdə rast gəldiyim ata ovlad münasibətində ananın vasitəçi rolunda olmasıdır.Buna səbəb kimi arada olan hanısasa “pərdə” anlayışına rast gəlirik. Psixoloji yöndən bunu gələcəkdə valideyin ovlad münasibətini uçuruma aparan  baryer kimi qiymətləndirmək olar. Bu kimi münasibətlərin nəticəsində tədricən uşaqlarda valideyinlərinə qarşı qorxu hissi formalaşır.Uşaq hər hansı bir səhv etdikdə valideyinindən qorxduğundan yalan danışmağa başlayır.Yalan söyləmək tədricən həyat tərzinə çevrilir.Bildiyimiz kimi insanın şəxsiyyət kimi formlaşmasında ailə,irsiyyət və cəmiyyət amilinin rolu əvəzsizsizdir. Nəzərə alsaq ki, uşaq ilkin dəyərlərə ailədə sahiblənir bu səbəbdən də bu amilin daha aparıcı olduğun vurğulamalıyam. “Uşaq ailənin güzgüsüdür” məsəli yanlış yerə söylənilməyib.Ailənin uşaqa olan münasibəti onun gələcək də necə bir şəxsiyyət olduğunun təməli sayılır.Düzdür hər bir şəxsin fədi keyfiyyətləri, önüdərketməsi,özünəinamının hansı səviyyədə inkişafının rolu da əvəzsizdir. Ailənin istər məişət istərsə də mənəvi qayğıları ananın üzərində daha çox odluğundan bəzən övladına lazımı zamanı ayırmaya bilir. Ehtiyac duyulan qayğı və diqqət zamanında ödənilmədikdə tədricən ana övlad münasibətində soyuğluğ yaranır və bunun nəticəsi olaraq uşaq öz lazımı tələbatını ödəmək üçün başqa qruplara, hər hansı dosta və ya sosial şəbəkələrə yönəlməyə başlayır.

 

Ana övlad münaibətini zəiflədən səbəblərdən biri də ananın öz ovladını dinləməməsi, fikirlərini dəstəkləməməsi və sözünü kəsərək “sən uşaqsan heç nə bilmirsən” kimi ifadələri işlətməsi olur. Əziz analar unutmayın dünyaya  uşaq gətirməklə öz missiyanızı bitirdiniz sayılmaz əksinə sizin analığ vəzifəniz bundan sonra  başlayar. Uşağı həyata gətirdiyiniz üçün sizə minnətdar olmalıdır düşüncəsini bir kənara qoyub cəmiyyətə yararlı bir şəxsiyyət yetirdiyiniz üçün sizə minnətdar olacaq ovlad böyütməklə ciddi şəkildə məşğul olsanız  son olaraq ovladınızın uğurlarında sizin obrazınızın rolu əvəzsiz olacaqdır.

 

 

Psixoloq Aytən Fətullayeva

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN