Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Autizmli uşaqları digərlərindən ayıran ən böyük xüsusiyyətləri onların təlimə açıq olmalarıdır
Tarix: 2016/02/03 15:32

Avropa.info Bakı Autizm İdman və Yaşam Klubunun sədri Elnur Məmmədli ilə müsahibəni təqdim edir:

- Elnur bəy, oxucularımıza autizm sindromu haqqında məlumat verəsiniz. Ümumiyyətlə, bu sindromun müalicəsi mümkündürmü?

- Bildiyimiz kimi, dünyada autizmin nədən qaynaqlandığı məlum olmadığı kimi 100%-də müalicəsi yoxdur. Ancaq inkişaf etdirilmiş müalicə üsulları ilə ən aşağı dərəcəyə salına bilinir. Bu tip uşaqlara gündəlik həyat tərzi öyrətmək ən vacib şərtdir. Bununla bağlı müxtəlif reabilitasiya mərkəzləri açmaq mümkündür. Autizmli uşaqları digərlərindən ayıran ən böyük xüsusiyyətləri onların təlimə açıq olmalarıdır. Son araşdırmalar göstərir ki‚ idman bu tip uşaqların reabilitasiyasına çox müsbət təsir göstərir.

- Bakı autizm idman və yaşam klubu hansı zərurətdən yaranıb?

- Son araşdırmalar göstərir ki‚ idman bu tip uşaqların reabilitasiyasına çox müsbət təsir göstərir. Onun üçün biz yaxın Türkiyə Respubikasının təcrübəsindən yararlanaraq, Bakı autizm idman və yaşam klubu yaratdıq.

- Nəticələr haqqında nə deyə bilərsiniz? Mülaciələrdə hansı üsullara üstünlük verilir?

- Çox qısa zamanda uğurlu nəticələrimiz oldu. Yəni İdmanı bu yolda açar kimi istifadə edirik. İdmanla aqresslik‚hipraktivlik və bəzi vərdişləri geridə buraxmaq olur. İdmanla bu uşaqlara gündəlik yaşam tərzi öyrədilir. Autizmli uşağa özünə güvən qazandırmaq lazımdır.

Bundan başqa, bu tip uşaqlara geyinib-soyunma‚ yemək‚ içmək gündəlik təlimlərə daxil edilir. Klubumuzun çox gözəl şəraiti var. Klubun çox böyük ərazisi var. Burda hava şəraitinə uyğun olaraq uşaqlar həm velosiped sürür, həm də bir sıra idman təlimləri keçirlər. Klubda Türkiyədən gələn mütəxəsislər işləyir. İdmandan başqa burda psixoloq‚ loqoped və psixopedaqoqda fəaliyyət göstərir. Dünyada qəbul olunan ən son proqramlarda uşaqlara təlim veririk. Loqopedik məşğələlərin əsas məqsədi autizmli uşaqların düşdükləri bütün situasiyalarda ünsiyyət qurmalarına vasitəçilik edən sadə ünsiyyət bacarıqlarını onlara qazandırmaqdı. Bu məqsədlə həm sözlü təlimatların yaxşı anlamalı‚ həm özlərini daha aydın şəkildə ifadə etmələri‚ həm də qarşılıqlı ünsiyyəti yaratmaq və davam etdirmək vərdişləri də loqopedik məşğələlərdə uşaqlara öyrədirlər. Psixoloqun fəaliyyəti nəticəsində autizmli uşaqlar özünə xidmət bacarıqlarını öyrənir‚ sadə bilik‚ bacarıq vərdişlərini əldə etməklə cəmiyyətə inteqrasiya edilirlər və sosiallaşma bacarıqlarına yiyələnirlər.

Elnur Eltürk

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN