Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Onların uzaqdakı yaxın dünyası...
Tarix: 2016/02/10 20:03
 

 

Nicat Ağayev

 

Saman yolu qalaktikasının günəş sistemində olan yer adlı planetin, 6 materikindən biri olan Avrasiyanın şərqi Asiya qitəsində yerləşən balaca bir dövlət, Azərbaycan və onun Şamaxı adlı ucqar şəhərinin Göylər adlı kəndində, dağın ətəyində 2 ahıl yaşayır. Onların 2 otaq, mətbəx və sanuseldən ibarət son illərin dəbdə olan cizgisi əsasında, maraqlı konstruksiya ilə tikilmiş evləri var.

 

QONAQ  OTAÐI

 

Giriş otağına “Qonaq otağı” deyirlər. Bu otaqda 2 yellənən qədim üslubda ancaq yeni dizaynlı kreslo, 1 stol, 2 stul, moderm bir televizor və onun qarşısında rahat 2 nəfərlik mehribanca sığacağı, üstündə tüklü üzlüklü bir divan... 2 kreslonun arasında piano stuluna bənzər amma şüşədən yığılmış kiçik balaca bir stul və onun üzərinə qoyulmuş ev telefonu, 1 “qrafinka” dolu su, yanında 2 şəffaf stəkan və televizor pultu. Qocalar divanda əyləşən zaman sağ tərəfindən yekə bir pəncərə durur ki, onun qarşısında dibçəkdə 2 noxud bitgisi var hansı ki yeni cücərmiş və balaca ağ gülləri üzərində sanki indi qopub düşəcək. Televizorun yanlarında  taxta içinə qab yığılmış 2 rəg, divanın üstünə isə biri böyük və üçü xırda əl ilə çəkilmiş və üzərinə muncuqla işlənmiş mənzərə şəkli asılıb.

 

YATAQ  OTAÐI

 

Taxta  qapını açdıqdan sonra otağa daxil olursan. Solda bir birinə birləşdirilmiş 2 yeni tipli çarpayı qoyulub. Təəccüb edirsən, ahıllar nəyə görə bir taxt yox, iki birləşmiş çarpayıda yatırlar?  Qocalar yaşlarının ötməsinə baxmayaraq gənclər, yox-yox uşaq kimidirlər. Bəzən xırda məsələlər üstündə qısa müddətlik küsülü olurlar və o zaman çarpayılarını ayırırlar... Hə, axı yataq otağında qalmışdıq: Yataqların sağ sol yanında balaca şkaflar var ki, üzərinə eynəklərini, ipli noçnik, gecə hər gün yenilənən 1 stəkan su, şkafın rəflərində hərənin yatmamışdan 1 saat əvvəl oxuduğları kitablar. Və divarlarda yapışqan stickerlər, getdikləri ölkələrdən çəkilmiş şəkillər, həmin ölkələrdə gördükləri maraqlı tarixi hadisələr, başlarına gələn hadisələr yazılmış, çərçivəyə salınmış köhnə vərəqlər. Qapıdan girdikdə sağda üstünə kişinin paltosu, şlyapası, ağ köynəyi və qadının mantosu, freci, paltosu plaşı, toxunma papağı, breti, bandanası və s. yığılan hündür asılqan. Və asılqanın aşağı hissələrinə düzülmüş rəngli, cürbəcür modeldə olan müasir dəbli qadın ayaqqabıları. 2 otaq arasında taxta divarın aasında hər iki otağı isitmək üçün daş, odun sobası. Soba haqda irəliləyən dəqiqələrdə yazacam...

 

 SABAHINIZ XEYİR

 

Amma bu ahıllar heç də sabahın xeyir yox günortan xeyir deyirlər. Çünki gecə tez yatıb sabah yez durmurlar. Bir deyimləri var: “İşə gecikmirik, müdür bizi danlamayacaq, işdən azad olunmayacağıq”. Ürəkləri istəyən zamanı oyanır, yerlərində gecə gördükləri yuxu haqqında,  bu gün nə edəcəkləri, bişirəcəkləri yeməklər barədə, ümumən könüllərindən keçən hər mövzuda danışır, sonda sükut içində bir birinin gözlərinə baxaraq donur, sonra sanki iynə batmış kimi ikisi də yerlərindən qalxır adəti olaraq yerlərini düzəltmirlər (o qədər rəngli, dama-dama, maraqlı ədyallar, balış və üzlükləri varki, elə səliqəyə salınmamış daha gözəl görünür). Qadın səhər yeməyini süfrəyə düzür: isidilmiş çörək, çay yaxud kofe, mürəbbə, şokalad bankası. Həmin hazırlıq vaxtında qoca kişi divanda elə “penjamasında” oturub pultun düymələrini basaraq hərəkətli musiqi qoşur və yemək masasında oturur.

 

İŞLƏYƏN  QOCALAR

 

Gümrah olan yaşlılar işi isə sadəcə həyətlərindəki toyuq-cücəyə dən səpir, adını Momo və Boss qoyduqları itlərini çağırır, onlara adları yazılmış dəmir qablarda yemək verirlər. Evin qabağındakı yerə bitişik olan taxtadan balkonda uzanmış halda özünü günə verən, isti peçin  qabağından durub səhər evin pəncərəsindən çölə çıxan Pupsik adlı gombul pişiyində kanserv qabını açaraq qarnını doydururlar. Taxta darvazadan evin qapısınacan daşlar düzülmüş yolun ətrafında nənənin böyütdüyü çoxlu xırda, rəngli güllər, onların ətrafında həyətin qutaracağına qədər isə əkilmiş tərəvəzlər, meyvə ağacları bürüyür. Evə bitişik içində nənə babanın əl alətləri, çəkic, bel, dırmıx, yaba və cürbəcür mürəbbə və kompotlar dolusu balaca bir yarımtikili var.

Gecə düşür axşam olur və onlar  şam yeməyinə hazırlaşırlar. Qadın axşam yeməyini hazırlayır, bu arada kişi daş peçi qalayır, odunları üzərinə qoyur, alışdırır, qabları düzür, soyuducudan yenicə çəkilmiş meyvə suyunu gətirir.  Qadın sevinc dolu baxışlarla, uşaq ürpəkliyi ilə içəri daxil olur, bişirdiyi yeməyi masaya qoyur. Kişi televizorda həzin, sakit piano musiqisi qosur, hər iki stəkana meyvə suyu süzür, asta-asta bir-birinə baxaraq yeməklərini yeyirlər. Yaşlı kişi yerindən ayağa qalxıb bilgisayarda həzin musiqi qoyur və xanımını rəqsə dəvət edir. İşıqları sondürür və ocağın işığı altında gözlərini bir-birlərindən çəkmədən rəqs edirlər.  Başını  gəncliyindəki kimi ömür-gün yoldaşının sinəsinə qoyan qadın kişinin əlini var gücü ilə sıxıb onu özünə tərəf çəkir. Qocalar beləcə doyunca rəqs etdikdən sonra yerə otururlar.

Sonra sobanın qabağında yumru, naxışlı, balaca xalçanın üzərində əyləşir, kişi nazik adyalı qadının üzərinə çəkərək xanımını qucaqlayır. Onlar birlikdə peçdə alovlanan, çırtıldayan odunların kömür olmasına tamaşa edirlər. Hər ikisinə elə gəlir ki, bir meh kimi  keçərək alovla peçə daxil olub tüstü ilə borudan qalxaraq evi tərk edir, aşağıda qalan pəncərələrindən alovun işığı gələn evi görür sonra yuxarı ulduzlara doğru buxarlanırlar...

 

 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN