Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Qərbi Azərbaycan! Qəlbimizdəki sevgi Vətən!      
Tarix: 2025/04/28 11:43

Vətən Anadır, Ana Vətən. Ruhumuzda yaşayan duyğu, könlümüzün sevdası Vətən. Özüm görməsəmdə, anamın gözləri ilə görmüşəm o yerləri. O müqəddəs yerlərin saf bulaqlarından içmişəm sanki. Hər dağı, hər bulağı mənə eyni hissləri yaşadır. Kənd-kənd, el-el, oba-oba o yerləri ruhumla, xəyalımda dolaşıram. Sərhəd yoxdu, əngəl yoxdu. Ruhum gəzir o diyarda, Qərbi Azərbaycanda. Vətən göylərinin nurlu səmasında və birdə oğul borcu....

Hər dəfə dərsdən gələndə qiymətimi göstərməyə çalışırdım anama. Baxıb gülümsəyir”. “Bilirəm, yaxı oxuyacaqsan, başımı tumarlayır, üzümdən öpürdü. “Bilirəm, yaxşı oxuyacaqsan” sözünü elə əminliklə deyirdi ki, sanki mənə dünyanın gücünü verirdi... Qartal kimi qanadlanırdım.

Dərsdən gələndə yorğun, taqətdən düşmüş olsam da bu sözlər mənim ruhumu titrədirdi. Hardan idi bu əminlik...

Bir neçə dəfə mənə “Sən mənə heç əziyyət vermədin. Doğulanda çəkin çox az idi. Hamı narahatlıq keçirir, necə olacaq? Görən qalacaqmı? ” deyirdi. Məni 1 həftə pambığın içində saxlıyıblar, əl-qolum o qədər nazik imişki, qırılar deyə (O vaxtlar güvəz xəyal idi.) pambığa büküblər. Xəstəxananın Baş həkimi “Lala, narahat olma, Allah saxlayana heç nə olmaz”. Üç gün həkim evinə getmiyib. Məni bax beləcə qoruyublar. Üç gün sonra anam “Həkim, Allah səndən razı olsun. Şükür, balam nəfəs alır. Deyəsən qalacaq. Siz evinizə gedin, İnşallah qalar.” deyir və həkimi evinə göndərir. Bunları danışanda anamın üzündə hər zaman təbəssüm olurdu. Çünki, o həkimin nur üzlü bir insan olduğunu dəfələrlə demişdi...

Türkiyədə Doktorantura təhsilimi başa vurub vətənə qayıtdıqdan sonra 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Akademik İsa Həbibbəylinin dəstəyi ilə “Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri” adlı kitabım yayınlandı. Həmin əsərin ilk səhifəsində bu sözləri yazmışam “Bu əsəri 1948-1953-cü illərdə öz ata-baba yurdu Qərbi Azərbaycandan məcburi köçə məruz qalan və köç sırasında yaşadıqları ağrı-acıları mənim uşaqlıq hafizəmə hopduran əziz Anam Leyla Xudabaxış qızına ithaf edirəm.” Bu söz həmdə oğlun anaya, doğma diyarımız olan Qərbi Azərbaycana ruhi bağlılığın vəfası, vətənə ruhumuzun mayası yoğrulan müqəddəs yerlərə bağlılığın təzahürü idi.

Aldığımız nəfəsdə, qazandığımız hər uğurda sən varsan Ana!

Sənin zəhmətin, sən verdiyin tərbiyə, sənin bəhrəndir sahib olduğumuz. Vətən sevgisi də ruhdan gəlir, anadan başlanır. Əlim çatmasa da, ünüm yetməsə də ruhun mənimlə qəlbimdədir. Bu sevgi mənim üçün ən müqəddəs hisslərdən biri, ülvi duyğularımızı, sözlərimizi söylədiyimiz torpaqlara duyulan bağlılıqdır. Ana dili necə ki, bizim ilk ünsiyyət vasitəmizdir, eləcə də ana vətənə sevgi də uşaqlıqdan, ailə tərbiyəsindən gəlir. Ana qucağında eşitdiyimiz laylalar, nənələrimizin danışdığı nağıllar, bayramlarda oxunan mahnılar- hamısı ruhumuzun dərin qatlarında özünə yer tutur. Ruhdan gələn bu sevgi bizə güc, qüvvət, enerji verir.

24 aprel 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Professor Mahirə xanım Nağıqızının təşkilatçılığı ilə “Konstusiya və Suverenlik ili çərçivəsində “Qədim yurd yerlərimiz, soykökümüz Aşıq Ələsgər” adlı tədbir keçirildi. Tədbir bədii və rəsmi hissədən ibarət idi. Bədii hissədə tələbələrin ifasında Qərbi Azərbaycana həsr olunan kompozisyalar təqdim olundu. Tələbələrin ifasında milli rəqslər, həmçinin şeir qiraəti səsləndirildi. Ruhumuzun dərinliklərində məskən salan vətən sevgisi yenidən cuşa gəldi. Gözlərdə inam, sözlərdə əminlik, ürəkdə qətiyyət göründü. Yüksək təşkilatçılıq qabiliyyətinə görə tədbirin təşkilatçıları Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, Professor Mahirə Nağıqızı Hüseyovaya, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalovaya, Mərkəzin əməkdaşı Möhübbət Dərələyəzliyə və hüquqşünas Səməd Vəkilova öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Vətən sevgisi yalnız sözlə deyil, əməllə sübut olunur. Tariximiz boyu bu torpaqlar uğrunda canından keçən qəhrəmanlarımız, bu müqəddəs sevginin daşıyıcıları olublar. Onlar üçün vətən sadəcə bir coğrafi məkan deyil, ruhlarının, milli kimliklərinin bir hissəsi idi. Bu gün bizə düşən əsas vəzifə bu sevgini qorumaq, gələcək nəsillərə ötürmək və doğma vətənimizə geri dönməkdir. Bütün ruhumuzla buna inanmalı, gücümüzü sərf etməliyik. Çünki Vətən sevgisi həmdə bir əmanət: xalqına, dilinə, mədəniyyətinə sahib çıxmaq, onu yaşatmaq əzmidir.

Mahir Qəribov

Tarix üzrə fəlsəfə doktoru

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN