Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Müstəqillik Günü munasibətilə milli geyimdə ənənəvi tədbir - FOTOLAR            
Tarix: 2024/05/29 23:58

28 may Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirlinin təşəbbüsü və təşkilatçılığı altında cəmiyyətin bir qrup nümayəndəsi milli geyimdə ənənəvi olaraq gəzintiyə çıxıb.

Bu barədə QHT.az-a Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli məlumat verib: "Milli geyimdə gəzinti artıq 10 ilə yaxındır həyata keçirilir. Bu tədbirin keçirilməsində məqsəd cəmiyyətə ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın Müstəqillik bayramının qürurunu milli dəyərlərimizə olan hörmət və sevginin əməli nümunəsi ilə birgə təbliğini çatdırmaqdır."

Təşkilat sədri qeyd edib ki, tədbirdə cəmiyyətin müxtəlif seqmentinin nümayəndələri – ziyalılar, həkimlər, şair və jurnalistlər, ali və orta məktəb müəllimləri, TV əməkdaşları, qeyri-hökümət təşkilatları nümayəndələri, məktəblilər, gənclər və körpə balalar iştirak ediblər.

"Tədbirə yalnız Bakı sakinləri deyil, ölkənin regionlarından, eləcə də Tatarıstandan da qatılıblar. Əllərində xeyli sayda bayraq olan iştirakçılar ətrafdakı balacalara bayraqlar hədiyyə ediblər. Tədbir ənənəvi olaraq dənizkənarı bulvarda başlayıb, şəhərimizin mərkəzi küçələrindən keçərək, tariximizin ruhu yaşayan İçəri şəhərdə, Şirvanşahlar sarayında yekunlaşıb".

Tədbirin keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəstək vermişdir. Tədbirin hazırlıq mərhələsi ATV kanalının “Xəbərin olsun” səhər proqramında canlı olaraq yayımlanmış, İctimai TV tədbirin bütün gedişatını lentə alıb.

Tədbir şəhərimizin sakinləri, həmçinin qonaqları tərəfindən çox maraqla qarşılanmışdır. Sakinlər tədbir iştirakçılarını salamlayıb, bayram münasibətilə təbrik etmiş, onlarla şəkil çəkdiriblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN