Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
  “Ermənistanın toponimik cinayətləri” layihəsinin icrası başa çatıb  
Tarix: 2025/10/06 14:09

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi “Ermənistanın toponimik cinayətləri” layihəsinin icrasını yekunlaşdırıb. Layihənin əsas məqsədi Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi cinayətlərin araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici ictimaiyyətə, xüsusilə də gənclərə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılmasıdır.

  Layihə çərçivəsində çap edilmiş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın sentyabrın 29 – da Bakı Dövlət Universitetində təqdimatı keçirilmişdir. Kitabda Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesi şərh olunmuş, Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimləri təqdim edilmişdir. “Ermənistanın toponimik cinayətləri” adlı kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.

   Kitabda Ermənistanda daşnakların hakimiyyəti dövründən başlamış, Sovet hakimiyyəti illərində və müstəqil Ermənistan Respublikası ərazisində Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ həyata keçirilən linqivistik soyqırımı siyasəti ayrıca təhlil edilir. Oxuculara təqdim edilən kitabda son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus adları dəyişdirilmiş 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə  siyahısı ilk dəfə təqdim edilir.  

  Nazim Mustafanın "Ermənistanın toponimik cinayətləri" kitabında ilk dəfə olaraq Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində təqdim edilir.

 Təqdimatda elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə mövzu müzakirə olunmuşdur.     

 Kitab kitabxanalara, təhsil müəssisələrinə təqdim olunacaq, elektron kitabxana resurslarında yerləşdiriləcək.

Həmçinin oktyabrın – 2- də Azərbaycan Memarlıq və İnşaat Universitetində, oktyabrın – 3- də Azərbaycan Dillər Universitetində “Ermənistanın toponimik cinayətləri” mövzusunda konfranslar keçirilmişdir. Konfransda məruzə və çıxışlar dinlənilmişdir. Konfrans zamanı “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.

 Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

 Konfrans zamanı tələbər- gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilmişdir.

Poliqrafiya, çap məhsulları konfrans iştirakçılarına paylanmışdır.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN