Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Tarix: 2025/11/26 00:09

Şəhər Günü çərçivəsində noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub. 

 OrtaqDeyerler.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri sərgilərlə tanış olublar.

Qonaqlara sərgilər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgidə qurumun üzvü olan fotoqrafların Kəlbəcərə həsr edilən əsərləri yer alıb. Fotolarda Kəlbəcərin işğaldan əvvəlki və sonrakı dövləri, füsunkar təbiət mənzərələri, tarixi abidələri, eləcə də 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri əksini tapıb. Sərgi Kəlbəcərin keçmişi, bu günü və parlaq gələcəyi arasında canlı körpü yaradan vizual hekayələrlə ziyarətçilərə tarixin şahidi olmaq imkanı yaradır.

Sərgidə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 foto nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” adlı sərgisində muzeyin kolleksiyasından Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir. Sərgi, xüsusilə, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandırır. Nümayiş olunan eksponatlar bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu diqqətə çatdırır. 

“Kəlbəcərin palitrası – rəsmlərdən boylanan zənginlik" adlı sərgidə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yerli rəssamların Kəlbəcərə təşkil edilmiş səfərləri zamanı ərsəyə gətirilən əl işləri nümayiş olunur. Rəsmlərdə Kəlbəcərin əsrarəngiz təbiəti, qədim tarixi, azad günləri və Qələbə ruhu rənglərin dili ilə ifadə edilib.

Sərgi məkanında xalq sənətkarlığı nümunələri də təqdim olunub. Bu sahə hazırda qədim sənət ənənələri üzərində inkişaf edir. Burada taxta üzərində oyma, xətəmkarlıq və keçə sənəti ustalarının əl işləri təqdim edilir. Eyni zamanda sərgi məkanında sənətkarlar bəzi nümunələrin hazırlanmasını əyani şəkildə nümayiş etdiriblər.

Tədbir çərçivəsində kəlbəcərli uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. İştirakçılar Kəlbəcərin ecazkar mənzərələrini kətan üzərinə köçürüblər. Peşəkar rəssamlar sənətin sirlərini onlarla bölüşüb, öz tövsiyələrini veriblər.

Qonaqlar daha sonra milli mətbəx nümunələrimizin dadına baxıblar.  /bakivaxti.az/


ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN