Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Ceyhun Bayramov Ərdoğanın Vətən müharibəsində oynadığı rolu AÇIQLADI      
Tarix: 2023/10/27 17:07

“Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”.

Ortaqdeyerler.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk ölkə Türkiyə olub:

“Mustafa Kamal Atatürk deyirdi ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir".

Ulu Öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamını söyləyib. Onlar əlaqələrimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl izah ediblər”.

C.Bayramovun sözlərinə görə, azərbaycanlı diplomatlar Türkiyənin, türkiyəli həmkarları isə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyurlar:

“Buna misal olaraq deyə bilərik ki, Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən iclasda demişdi ki, "Türkiyə burda yoxdursa, mən varam".

Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi vaxtı “Azərbaycan bizim qırmızı xəttimizdir” kimi açıqlama vermişdi. Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı və onlar nə etmək lazım olduğunu başa düşərək prosesdən kənarda dayandılar. Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin onun yanında olduğunu bilirdi və hiss edirdi. 44 günlük müharibə dövründə Türkiyə xalqı və dövlətinin ortaya qoyduğu mövqe çox vacib idi. Azərbaycana verilən siyasi və mənəvi dəstək bizim gücümüzə güc qatdı və bütün dünyaya açıq mesaj oldu”.  

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN