Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” layihəsi başa çatıb      
Tarix: 2022/04/22 18:15

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin 01 fevral 2022-ci il tarixindən həyata keçirməyə başladığı “İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” adlı layihə artıq icra planına uyğun olaraq fəaliyyətləri başa çatdırmışdır. Layihənin yekunları haqqında məlumatları və fikirlərini layihə rəhbəri Dinara Bayramlı bizimlə bölüşərək aşağıdakıları bildirmişdir.

Layihə rəhbərinin fikirlərinə görə layihənin əsas məqsədi olan “internat təhsili müəssisələrinin məzunları haqqında cəmiyyətin məlumatlandırılması, və onların məşğulluğunun təmin olunması üçün TV-lərin rolunun artırılması” çərçivəsində “Məzun evi”ndə yaşayan 100 nəfərə yaxın internat məzunları arasında sorğu keçirilərək, onların problemləri haqqında məlumatlar toplanıldı. Toplanmış məlumatlar əsasında layihə çərçivəsində “Xəzər” Media Mərkəzində keçirilməsi nəzərdə tutulan və peşəkat təlimçi Teymur Məmmədov tərəfindən həyata keçirilən 5 günlük təlimin proqramı hazırlandı. Təlimdə 30 nəfər inernat təhsil müəssisələrindən məzunlar iştirak edərək, proqram üzrə nəzərdə tutulan məlumatları mənimsəməyə çalışıblar. Təlimlər zamanı “Xəzər” Media Mərkəzinin əməkdaşı, müxtəlif televiziya verilişlərinin prodüsseri Leyla Səfərovanın bələdçiliyi ilə gənclər üçün televiziyanın müxtəlif studiyaları və çəkiliş pavilyonlarına, həmçinin Araz FM, Xəzər FM radiolarına mediaturlar təşkil olunub. Turlar zamanı məzunlar müxtəlif televiziya verilişləri və radio proqramlarının aparıcıları ilə görüşüb söhbət ediblər. Belə ki, televiziya proqramlarının aparıcıları Lalə Azərtaş, Tural Əsədov, Ağakərim Şamidzadə, baş ssenarist Valeh Əhmədov, baş operator Coşqun Əzimovla görüşlər gənclərin böyük marağına, sevincinə səbəb olub. Onlar aparıcılara müxtəlif suallarla müraciət ediblər və şəkillər çəkdiriblər. Həmçinin televiziya işçilərinin iş prinsipləri ilə yaxından tanış olublar. Təlim iştirakçıları eyni zamanda Araz FM radionun rəhbəri Fərid Dadaşov, Xəzər FM radionun rəhbəri Denis Mayorov məzunlarlarla görüş zamanı onların radioya olan maraqlarını, ümumiyyətlə, radio dinləyicisi olaraq radioda işləmək istəklərini öyrənməyə çalışıblar. Gənclərin çox sevdiyi əyləncə verilişi olan “Comedyxana”-nın aktyorları Həsrət Həsrətov və Zarina Qurbanova öz sənətləriylə bağlı fikirlərini və sənət yolları haqqında gənclərimizlə bölüşüblər. Təlimlərin sonuncu günündə iştirakçılarla “Xəzər” Media Mərkəzinin rəhbəri Murad Dadaşovun görüşü baş tutub. Görüş zamanı Murad Dadaşov gənclərə peşə seçimiylə bağlı öz tövsiyyələrini verib. Təlim iştirakçıları Murad Dadaşovla şəkillər çəkdirib və “Xəzər” Media Mərkəzinin rəhbərinə təlimlərin və mediaturların keçirilməsinə şərait yaradıldığına görə təşəkkür ediblər. Gənclər yüksək səviyyəli motivasiya ilə belə təlimlərin tez-tez keçirilməsini dilə gətiriblər. 

Dinara Bayramlı onu da qeyd edib ki, təlim iştirakçıları “Xəzər” Media Mərkəzinə xüsusi nəqliyyat vasitəsilə gətiriliblər və təlimdən sonra eyni nəqliyyat vasitəsilə geri qaytarılıblar. Təlim zamanı iştirakçılar çay-kofe və yeməklə təmin olunublar. 

Yekun olaraq layihənin icrası zamanı və təlimlərdə, mediaturda aktiv iştirak edən hər bir məzuna “powerbank” hədiyyə olunub. Beləliklə, layihənin icrası yekunlaşıb.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN