Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Xırdalanda "Narkomaniyaya və zərərli vərdişlərə qarşı" layihənin yekun tədbiri keçirildi
Tarix: 2022/12/06 16:27

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən icra edilən layihənin yekun tədbiri Xırdalan şəhər 7 N-li orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.


Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, ölkəmizdə narkomaniya və zərərli vərdişlərə qarşı aparılan mübarizə və maarifləndirmə işlərindən, vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan və gənclərimizin elm, idman və başqa sahələrdə qazandıqları nailiyyətlərdən bəhs etdi və şagirdləri Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə və zərərli vərdişlərdən hər zaman uzaq qalmağa çağırdı. Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında ətraflı məlumat verdi və məktəbliləri maraqlandıran sualları cavablandırdı.

Xırdalan şəhər 7 saylı tam orta məktəbin direktoru Zenfira Orucova, məktəb psixoloqu Xanım İsmayılova və digər çıxış edənlər, ölkə rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını ifadə etdilər.

Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin sonunda iştirakçılar, NMDK İşçi Qrupu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Elm və Təhsil Nazirliyinin Sumqayıt Regional İdarəsinin rəhbərliklərinə təşəkkürlərini bildirdilər.

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN