Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Səməd Seyidov: "Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz mövqeyində qalacaq"      
Tarix: 2024/01/24 21:39

“Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”.

OrtaqDeyerler.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

“Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil", - S.Seyidov qeyd edib.

O bildirib ki, nümayəndə heyəti AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq.

"Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır”, - S.Seyidov əlavə edib.

Qeyd edək ki, bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN