Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“50 milyonun Zəfəri” – İctimai Birlik konfrans keçirdi - FOTOLAR      
Tarix: 2024/10/28 16:46

”Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsinin yekunu olaraq “50 milyonun Zəfəri” adlı konfrans keçirib.

Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər zalı”nda keçirilən konfransda millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT və media təmsilçiləri iştirak edib.

Konransı açan ”Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, 5 aylıq layihə çərçivəsində aktiv baxış sayları olan 11 teledebat təşkil olunub, 12 xüsusi məqalə hazırlanaraq mediada və sosial şəbəkələrdə yayınlanıb, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilati köməkliyi ilə “50 milyonun Zəfəri” adlı rəsm müsabiqəsi keçirilib.

Konfransda çıxış edən Milli Məclisin İctimai təşkilatlar və dini qurumlarla iş komitəsinin sədri Fazil Mustafa layihənin mövzusunun tarixi Zəfər qazanmış dövlətin və millətin qarşıdakı dövrdəki hədəflərinin müəyyənləşdirilməsi və geniş kütlələrə çatdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı təmsil etdiyi qurum tərəfindən xaricdə yaşayan soydaşlarımızla 44 günlük Vətən müharibəsi günlərində aparılan işlərdən, həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilində təhsili sahəsində görülən işlərdən bəhs edib. Hər iki mövzuda Komitənin fəaliyyətini əks etdirən video-çarxlar nümayiş etdirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Milli Məclisin deputatı Vüqar İskəndərov, Sosial Tədqiqatlar Mərkəzinin Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli, həmçinin, iştirakçılardan professor Fuad Məmmədov, Rauf Zeyni, Faiq Ələkbərli konfransın mövzusu ətrafında danışaraq qeyd ediblər ki, yüzillərlə məğlubiyyət sindromu ilə yaşamış dünya azərbaycanlıları, 44 günlük müharibədə qazanılmış tarixi Zəfərimizi milli birliyimizin əsas qaynağına çevirməklə, növbəti hədəflərinə doğru yürüməlidirlər.

Konfransın sonunda layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 15 yeniyetmə rəssam sertifikat və hədiyyələrlə təltif olunub. Rəsimlərə baxış keçirilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN