Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- filmin təqdimatı keçirildi - FOTOLAR      
Tarix: 2023/10/31 21:58

31 oktyabr 2023-cü il tarixdə Azərbaycan Dillər Universitetində “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin (Azərbaycan və İngilis dilində) təqdimatı keçirildi.

QHT.az xəbər verir ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli film (Azərbaycan və İngilis dilində) hazırlanması mövzusunda növbəti layihəni uğurla icra edib. Layihənin əsas məqsədi əcnəbi tələbə və gənclərini erməni vəhşiliklərini görən qan yaddaşlı xankəndlilərlə görüşünü təşkil etmək bununla da ermənilərin törətdikləri faciələri və Xankəndi haqqında həqiqətləri onlar vasitəsi ilə beynəlxalq aləmdə təbliğ etməkdir. Layihə çərçivəsində hazırlanmış filim layihənin məqsədinə uyğun olaraq hazırlanmış və Xankəndində erməni şovinistləri tərəfindən azərbaycanlı sakinlərə qarşı edilmiş işgəncələrdən bəhs edir.

Layihənin təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, film çəkilişində iştirak edən əcnəbi tələbələr: Adil Süleymanov -Qazaxıstan,Demirəl Elifnaz -Türkiyə,Umar Mühammad Mehmood Azhar-Pakistan,Waung Kaibo -Çin, Fidana Allahverdiyeva-Türkmənistan,İnas Lahec-Əlcəzirə,Kibriyo İnomova-Özbəkistan , televiziya və media nümayəndələri, 2010-2020 -ci il illərdə Xankəndindən seçilmiş deputat , Milli Qəhrəman Şirin Mirzəyevin ömür gün yoldaşı Flora Qasımova,”Saglam İnkişaf və Maarifləndirmə “İctimai Birliyinin sədri Anar Xəlilov,Türküstan Media Groupun baş redaktoru Aqil Camal , Azərbaycan Dövlət televiziyasının şöbə müdürü Firuzə Nadir, “Xocalı Təcavüzünün Tanıdılması “İctimaı Birliyinin sədri Səriyyə Cəfərova ,QHT nümayəndələri, Xankəndi sakinləri iştirak etdilər.
Filmə baxıldıqdan sonra çıxışlar oldu,tələbələrlə diskussiyalar keçirildi.

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN