Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Prezidentin Türk birliyi ilə bağlı bəyanatı media və QHT camiəsi üçün bir çağırışdır” - Aqil Camal      
Tarix: 2024/02/20 17:22

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında ölkənin xarici siyasət prioritetləri haqda danışarkən ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin artırılacağını bəyan edib: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Məsələ ilə bağlı fikirlərini açıqlayan Türküstan Media Qrupunun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Turkustan.az-a bildirib ki, Azərbaycan Prezidentinin bu bəyanatı bütün Türk dünyasında böyük əks-səda doğurub: “Azərbaycan Prezidenti tərəfindən yeni mərhələdə Türk dünyasının birliyinin prioritet elan edilməsi, istər Türkiyədə, istər Orta Asiya Türk cümhuriyyətlərində, istərsə, Güney Azərbaycan və dünyada yaşayan türklər arasında böyük rəğbətlə qarşılanıb. Bunu, həmin ölkələrin və toplumların medialarında, həmçinin müxtəlif sosial şəbəkələrdə hazırlanmış xüsusi paylaşımlarda görmək olar. Qalib ölkənin Prezidenti tərəfindən bəyan edilən bu yeni xətt demək olar ki, dünyanın böyük coğrafiyasını əhatə edən bir qurşaqda yaşayan aparıcı etnosun gələcəyi üçün əsas şüara çevrilmək potensialındadır: “Hazırda türk ölkələrini birləşdirən bir sıra ortaq qurumlar var ki, bunların da başında Türk Dövlətləri Təşkilatı gəlir. Bundan başqa, ən müxtəlif sahələri əhatə edən dövlət qurumlarının ortaq birlikləri var. Dövlət qurumları öz fəaliyyətlərini koordiyasiya etmək, əməkdaşlığı gücləndirmək üçün vaxtaşırı görüşlər keçirirlər, işbirliyi üçün müəyyən mexanizmlər tətbiq olunur. Mədəniyyət sahəsində də uzun illərdir ki, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası əməli fəaliyyətləri ilə xalqlar arasında inteqrasiyaya, ortaq mədəniyyətlərin daha da yaxınlaşmasına xidmət göstəriblər”.

A.Camalın sözlərinə görə yeni dövrdə türk ölkələrinin ictimai sektorunu təmsil edən media və qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlığına, işbirliyinə ehtiyac var: “Dövlət orqanları arasında gedən bu prosesin cəmiyyətin içərisinə daşınması işində ictimai sektorun rolu və vəzifələri aydındır. İndiyə qədər Türk ölkələrinin medialarını təmsil edən istər rəsmi qurumlar arasında görüşlər, forumlar keçirilib. Azərbaycandan bu prosesdə Medianın İnkişafı Agentliyi iştirak edir. Eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son illərdə Türkiyə və Özbəkistanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələri qurublar, birgə tədbirlər keçirilib. Bu işləri yeni dövrdə, yeni keyfiyyət mərhələsinə qədəm qoyması, ölkə Prezidenti tərəfindən bəyan edilən prioritetlə tam səsləşir. Hesab edirəm ki, hər iki istiqamət üzrə artıq daimi beynəlxalq platformanın yaradılmasının vaxtıdır. Biz, media və ictimai birlik olaraq bu yöndə təşəbbüslərlə çıxış etməyə, Türk dövlətləri arasında media və QHT sahəsində davamlı işbirliyinin, ortaq qurumların yaradılması işində yaxından iştirak etməyə hazırıq”.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN