Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Vətəndaş cəmiyyətləri də “Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi”nə qoşulur  
Tarix: 2022/05/26 11:12

“Dünyada baş verən prosseslər jurnalistikanın prinsiplərinin dəyişdiyini göstərdi”-bu fikirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirlən “Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi” adlı konfransda səslənib. “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin rəhbəri Bəsti Nəsibova bildirib ki, rəhbərlik etdiyi qurum yerli jurnalistlərlə birgə “Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi”ni yaradıb. Məqsəd eyni və ya oxşar problemləri yaşayan ölkələrin media qurumları, jurnalistləri arasında treniqlər təşkil etmək, monitorinq və təcrübə mübadiləsi aparmaqdır. Konflikt və post-konflikt (Azərbaycan) şəraitində yaşayan dövlətlər üçün onların problemləri haqqında təkcə öz ölkələrində deyil, bütün dünyada obyektiv,neytral, dolğun informasiyaların yayılması mühüm əhəmiyyət kəsb edir.AZTV-nin Teleradio Akademiyasının prorektoru, media eksperti Almaz Mahmud layihə çərçivəsində Ukrayna, Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdən olan jurnalistlərlə müzakirələr apardıqlarını deyib. Onun sözlərinə görə, jurnalistlər belə şəbəklərin həm də jurnalistlər arasında bir həmrəylik rolu oynadığını qeyd ediblər. “Ethnoglobus” Beynəlxalq Analitik-Onlayn Mərkəzinin təsisçisi və direktoru Gülnarə İnanc öz təcürbəsindən danışaraq jurnalistlərin konflikt zonalarında necə işləmələrinə, hansı qaydalara əməl etmələrinə toxunub. “Region Plus” jurnalının baş redaktoru Namiq Mailov bu şəbəkəni genişləndirməyi və konflikt ölkələrdən olan jurnlistlərin Azərbaycana, azad olunmuş torpaqlara səfərini təşkil etməyi məsləhət görüb. Tədbirə onlayn şəkildə qoşulan Türkiyənin TRT kanalının əməkdaşı Emrah Alparslan Konukman və tanınmış telejurnalist Neşe Beber də konflikt zonalarda çalışan jurnalistlərin təhlükəsiliyindən və digər mövzulardan danışıblar. Azərbaycanda fəliyyət göstərən Qeyri-Hökümət təşkilatları rəhbərləri- İradə Rızazadə, Mətanət Əsgərqızı, Qəmazə Yusibova, Ülkər Abdullayeva Ermənistanla Azərbaycan arasındakı informasiya müharibəsinin bitmədiyini və bu istiqamətdə hamının birgə mübarizə aparmasının əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, ingilis dilinə tərcümə olunan şəbəkə “Media network in conflict and post-conflict countries” adı ilə social mediada yayımlanır. Artıq 2 aydır ki, Tvitter, İnstaqram və Facebookda konflikt zonalarda çalışan jurnalistlərin fəaliyyətləri, problemlərə yanaşmaları təqdim edilir və onlarla müsahibələr aparılır. Şəbəkə həm də media sahəsində praktik və nəzəri biliklərin artırılması üçün bir hədəf rolunu oynayır. Bu isə nəticədə informasiya mübadiləsinin miqyasının genişlənməsi deməkdir.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN