Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
BAMF-da QHT-Media platformasının yaradılması zərurəti mövsuzunda görüş keçirilib - FOTOLAR      
Tarix: 2022/10/29 13:05

Oktyabrın 27-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi”nin təşəbbüsü ilə QHT və Media rəhbərlərinin görüşü keçirilib.

Turkustan.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BNM-in sədri, “Xalq cəbhəsi” media qrupunun rəhbəri Elçin Mirzəbəyli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrası prosesində QHT-media münasibətlərinin inkişafına maneə olan çoxsaylı səbəblərin aşkarlandığını, bu səbəblərdən birinin və ən önəmlisinin də dördüncü və beşinci sektorlar arasında intensiv və fasiləsiz dialoq mühitinin, əlqələndirilmiş fəaliyyətin olmadığını bildirib. Bu problemin aradan qaldırılması üçün daimi əməkdaşlıq platformasının yaradılmasına ehtiyac duyulduğunu vurğulayıb.

BAMF sədri Umud Mirzəyev öz çıxışında məsələnin aktual olduğunu, QHT sektorundakı ciddi, iş görməyi bacaran, özünü beynəlxalq müstəvidə təsdiqləmiş təşkilatlarla peşəkar media resurslarının, jurnalist təşkilatlarının vahid bir platformada bir araya gəlməsinin vacibliyini qeyd edib. BAMF sədri belə bir platformanın yaradılmasının həm QHT, həm də media sektorunda həyata keçirilən islahatların, şəffaflaşma prosesinin daha sürətlə həyata keçirilməsinə yardım edə biləcəyini, ölkə və cəmiyyət üçün iş görə bilən şəxslər və təsisatlar üçün daha əlverişli fəaliyyət mühiti yaradacağını bildirib.

Görüşdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Sosial İqtisadi İnkişaf Uğrunda İctimai Birliyinin sədri Sevda Məmmədova, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azxeber.com portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli və digər iştirakçılar çıxış edərək, QHT-Media əməkdaşlığının zəruriliyindən söz açıblar və bu əməkdaşlığın davamlı olması üçün irəli sürülən təşəbbüsü dəstəklədiklərini bildiriblər.

Tədbirin yekununda qərara alınıb ki, QHT-Media platformasının yaradılması istiqamətində müzakirələr daha geniş müstəvidə davam etdirilsin.

1
1
1
1
1
1
1
1

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN