Ramiz Mirişli mahnıları (16 aprel 1934 – 17 aprel 2015 ) Ramiz Mirişli – Azərbaycan musiqi tarixində öz dəsti xətti olan , professional bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindəndir . Bəstəkarın yaradıcılığı 20 əsrin 60 ci illərindən başlamış, qısa vaxt ərzində maraqlı əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisində, vokal musiqisinin və kütləvi mahnı janırının inkişafında böyük rol oynamışdır.
O, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə özünü aydın təzahür edir. Mahnı onun yaradıcılığında əsas yer tutur. Beləki 700 yaxın mahnı və romans müəllifi olan Ramiz Mirişli opera və balet istisna olmaqla yaradıcılığı çox şaxəlidir.O ,Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir. Ona görə də onun yaradıcılığında demək olar ki, musiqinin bir çox janrlarına – səhnə əsərlərindən tutmuş simfonik, kamera instrumental, xor əsərləri və s. dək müraciət olunub. Musiqişünaslar onun haqqında yazsalar da, Ramiz Mirişlini daha çox tanıdan və sevdirən mahnı janrı idi. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkardır. Mahnılarının uzun ömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır. R.Mirişli öz böyük həmkarları kimi mahnı janırını xalq mahni üslübünda inkişaf etdirən sənətkarlardan biridir. O, bir çox bəstəkarlar kimi görkəmli şairlərlərin mətinlərinə mahnılar yazmış, tanınan və sevilən müğənnilər tərəfindəndə ifa olunmuşdur.Bunlardan Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər bəstəkarın həzin, ürəkoxşayan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib. Böyük bir nəslin mahnı zövqünü təmin edib bu mahnılar. Bunlardan: “Azərbaycan dünyam mənim”(Məmməd Araz) “Bir xumar baxışla” "Həyatım gəl", "Bulağa gəl", "Səni tapdım" “Qizlar bulağı” “Vətənimsən” “Dünayanı dolaşan nəgmələr” “Həyat sən söylə” “Dalgalar “ “Həsrətindəyəm” “Gəl Vətənə” “ Sənsən ürəyim “ “Səndən danışdı” “ Səadət “ “Küsüb məndən “ “Bakının gecəsi ” “ Bir könül sındırmışam” (sözləri İslam Səfərlinindir) “Doğma diyarım” , “İlk görüş” , “Mavi dünyam”,”Güləndam” “Əlvida” “Sevdalandım yaz gəlinc” “Dedi gələcəyəm” “Ya rəbbim” “Məzəli mahnı” “Yaraşıqsan” “Hardasan” “Yandım, elə yandım”(sözləri Süleyman Rüstəmindir)” “Gəlmədi” “Yeddi qızdan biri gözəl” “Nənəm kəndi istəyir” “Süfrə mahnısı” (sözləri Rüfət Əhmədzadənindir) "Oxu tar" (sözləri M.Müşfiqindir.) "Salam kür çayı" (sözləri C.Məmmədovundur) "Gülsarə" (sözləri M.Əliyevindir), "Qızqayıt" (sözləri R.Zəkanındır), "Salam, Kür çayı" (Sözləri C.Məmmədovundur), "Naxçıvan təranəsi" (sözləri İ.Səfərlinindir) , və s.
Ramiz Mirişlinin lirik səpgili mahnıları xüsusilə fərqlənir.Təkcə "Dalğalar" mahnısının 50 ildən çox yaşı var.Bəstəkar o illəri belə nağıl edir:
Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə "Dalğalar" adlı şeirini verdi.Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim, o da böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Mahnı çox xoşuna gəlmişdi. Ancaq o vaxtlar Bədii Şura vardı. Şeirdəki "çalxalanır dalğalar" sözünə görə mahnı birinci Bədii Şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İslam Səfərli "mirvari dalğalar" sözləri ilə əvəz elədi. Mən həm də ona görə sevinirdim ki, ilk mahnımı Şövkət xanım oxudu" . Qeyd edək ki, bu günə kimi "Dalğalar" ı saysız tanınmış müğənnilər ifa edib. Bizim müğənnilərlə yanaşı, türk müğənniləri də bu mahnını sevərək oxuyublar.
Bir çox Azərbaycan bəstəkarları kimi Ramiz Mirişlidə bayatı mətninə müraciət etmişdir. D.Mustafayevin sözlərinə “Sevgi gülləri” mahnısında bayatı həmdə küpletdə həmdə nəqarətdə verilir.Ramiz Mirişlinin Fikrət Qocanın sözlərinə bəstələdiyi “Bayram axşamlarinda” bəstəkarin bu janırda yazdığı ən məşhur əsərlərdəndir.Bu mahnı yaradiği vaxtdan sevilmiş xalqin dillər əzbərinə çevrilmişdir.Novruz bayramlarında ən çox səslənən nəğmələrdən olmuşdur.Mahni bəzən Yallı kimidə istifadə olunur.Ümimiyətlə bəstəkarin yaradıcılığı fərdidir və heç kimə bənzəmir.Bu da mahnılarını hərzaman aktual və sevimli edən əsas amillərdəndir. Azərbaycan bəstəkarları arasında Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Akademik Teymur Bünyadov bəstəkarın mahnı dünyasını belə vəsf edir : “Onun musiqisi əsrarəngizdi, həyatsevərliklə doludu, ana laylasıdı, bayatıdı, oxşamadır. Onun inciləri dağlarımız qədər qürurludu, müdrikdi. Bulaqlarımızın zümzüməsidir, nəğməsidir. Gözəllərimiz tək həyalıdı, kövrəkdi. Güclü təsirə malik, çalarlı, çeşidli musiqi gözəgörünməyən parıltıyla doludu, nurdu, işıqdı. Gül-çiçək ətirlidi, təravətlidi. Ruhi qidadı, cana məlhəmdi, xəstəyə şəfa paylayandı” - deyə akademik Teymur Bünyadov bildirmiş və əlavə etmişdir ki "Ramiz Mirişli haqq dünyasına qovuşub. Ancaq o, dodaqlarda dolaşan mahnılarında, canlı musiqisində yaşayır. Ustad musiqiçinin yaradıcılığı ölməzdir, çünki o, sevginin dilində, ruhunda musiqi yaradan, sevgini dilləndirən bəstəkardır. Onun əsərləri sevginin dilində yaşayır. Sevgi isə daim gəncdir, həmişə yaşardır. Onun mahnıları dillərdə əzbərdir, ürəklərin, sevgilərin pıçıltısıdır, qulaqların xoş ahəngidir. Ramiz Mirişlinin musiqi dünyasını hərtərəfli, tamam-kamal təhlil və şərh etmək çətindir. O, bir sirli-sehrli aləmdir”. deyə akademik Teymur Bünyadov Ramiz Mirişli haqqında fikirlərin bildirmişdir.Bəstəkar hərzaman deyirdi Mən sevməsəm, yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır” - deyirdi Ramiz Mirişli. Yaradıcılığına münasibəti də bu fikirlərdən güc alırdı. Bəstəkar mahnılarının sevilməsini belə izah edirdi: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır”.
Bəstəkar haqqında nə qədər danışsaq , yazsaq yenədə ona tam ifadə etmək olmur . Ramiz Mirişli insan kimi səmimi, mehriban, xeyirxah insan idi.O, insanın sevincinə, kədərinə şərik olan, onun ağrı-acısını bölüşən insan idi. O, böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı.Bütün bu keyfiyyətləri özündə birləşdirən bəstəkar çox təssüfki 17 aprel 2015 ci ildə dünyaya gözünü əbədiyyən yumdu.

Çilənay Huseynova
AMEA Memarlıq və İncəsənət İnsitutunun kiçik elmi işçisi

Prezident İlham Əliyev: “İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir”
Ərdoğan ABŞ-da böyüş coşqu ilə qarşılandı - VİDEO
QHT gəncləri ödənişsiz təlimlərə dəvət edir - ELAN
Prezident Qarabağa səfər etdi
QHT Agentliyindən "Şuşa İli" ilə bağlı XÜSUSİ QRANT MÜSABİQƏSİ
Türk hərbçiləri Azərbaycan gəlir
Prezidentdən tapşırıq: Əsədov Kobaxidzeyə zəng etdi – Təyyarə qəzası…
Ərdoğanın bu sözləri Netanyahunun yuxularını qaçıracaq
Tramp hakimiyyətə qayıtsa, nələr baş verəcək?
Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı...
В Казахском университете состоялась международная конференция посвященная 90-летию со дня рождения Шерхана Муртазы
Faiq Qəzənfəroğlu: “Türkmənlər Suriyanı tərk etməməli, lazım gəldiyi anda Türkmən dövlətini qurmağa hazır olmalıdırlar”
Türkiyə-Rusiya əlaqələrinin təməli
“Türkmən qardaşlarımıza qarşı döyüşməkdən imtina edin”