Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri müzakirə edilib
Tarix: 2024/12/17 16:50

Dekabrın 17-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud uğurlu hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən Baş Qərargah rəisi bu müttəfiqliyin hər iki ölkənin ordu quruculuğuna verdiyi töhfələrdən danışıb və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant T.Altuğ ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu göstərən birgə təlimlərin əhəmiyyətinə diqqət çəkib.

Görüşdə, həmçinin regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra qardaş ölkənin nümayəndə heyəti müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti sonda Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN