Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib - FOTO      
Tarix: 2024/06/04 11:47

İyunun 1-də Astara rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə, Astara rayonunun Hamoşam inzibati ərazi vahidliyində "1 iyun uşaqların Beynəlxalq müdafiəsi gününə" həsr olunmuş "Sevək Azərbaycanı" adlı bayram konserti keçirilib.

Turkustan.az bildirir ki, bayram konserti təşkilatçı-prodüser Lalə Dadaşovanın, "Nur Organization"nın rəhbəri Kamran Nurun, "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏrin, "Mübarizlər" İB-nin sədr müavini Gülnar Nəsiblinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsert təşkilatçı Lalə Dadaşovanın başlatdığı "Bir zərrənin sevinci" adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Əmanət Fərəcqızını təqdimatı ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Konsertdə ilk olaraq Astara rayonun Millət vəkili Rəşad Mahmudova söz verildi. Rəşad müəllim öz növbəsində, tədbir iştirakçılarını salamlayaraq, bayram münasibətilə körpə fidanları təbrik etdi. Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev də öz növbəsində konsert iştirakçılarını salamladı. Təşkilatçılara təşəkkürünü bildirdi və uşaqların bayramını təbrik etdi.

Konsert proqramında Bakıdan gəlmiş "Avaz 4" televiziya muğam müsabiqəsinin qalibi Duyğu Rüstəmova, Beynəlxalq festivallar iştirakçısı Kamal Dadaşov, Beynəlxalq "Xarı Bülbül" iştirakçısı Xəyyam Qasımzadə və müsabiqələr qalibi rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə balaca sakinləri sevindirdilər.

Bundan başqa bayram konsertində yerli folklor nümunələri göstərildi.

Konserin sonunda "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy uşaqlarla birlikdə simvolik "el bir olsa" şüarını səsləndirərək, konserti bağlı elan elədi.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN