Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
11 aprel seçimi taleyimizdə və tariximizdə nələri dəyişdi? - Azay Quliyev      
Tarix: 2022/04/11 12:39

Hər millət taleyi üçün öz seçiminə güvənməlidir! 

Tarixdə elə seçimlər var ki, xalqlar bu seçimləri ilə həm özlərinin taleyini, həm də tarixin gedişini dəyişə bilirlər. Amerikalılar Abraham Linkolu 1860-ci ildə ABŞ -ın 16-cı prezidenti seçməklə uzun müddət cəmiyyəti içindən dağıdan və insanları zülmə məhkum edən köləliyin ləğvinə nail oldular, 1864-ci ildə isə təkrar ona etimad göstərməklə ABŞ-ı dağılmaqdan və parçalamaqdan xilas etdilər. Məhz, Abraham Linkol vətəndaş müharibəsinə 1865-ci ildə son qoydu və ölkəsini parçalayan cənub ştatlarını təslim olmağa məcbur etməklə Amerika Birləşmiş Ştatlarının dövlət kimi bütövlüyünü və suverenliyini qoruya bildi.

Başqa bir misal, adı 20-ci əsrin dünya tarixinə “Alman birliyinin kansleri” kimi düşən Helmut Kol. Helmut Kol ilk dəfə 1982-ci ildə keçirilən seçkilərdə bütün rəqiblərini geridə qoyaraq Almaniya Federativ Respublikasının kansleri seçildi. Bu, seçim alman xalqının gələcəyini dəyişdi, ikiyə parçalanmış Şərqi Almaniya ilə Qərbi Almaniya, nəhayət, Helmut Kolun mübarizəsi və liderliyi ilə 1990-cı ilin oktyabrında birləşdirildi. Almaniyanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirən Helmut Kol, düz, 4 dəfə alman xalqının etimadını qazandı və 16 il bu ölkəyə rəhbərlik etdi.

Azərbaycan xalqı da düzgün və tarixi seçimi ilə taleyini müəyyən edən və gələcəyini dəyişməyi bacaran şanslı xalqlardandır. Xalqımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməklə və Onu həmin ilin oktyabrında ölkənin Prezidenti seçməklə dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinin qarşısı alındı və ölkə inkişaf dövrünə qədəm qoydu.

Heydər Əliyevin xilaskarlıq missiyasının davam etməsinin vacibliyini anlayan və Heydər Əliyev siyasətinə alternativin olmadığını dərk edən xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində yenə də tarixi qərarını verdi, cənab İlham Əliyevi Prezident seçməklə öz müdrüklüyünü bir daha nümayiş etdirdi.

Xalqımız seçimində yanılmadı, ölkəmizi yenidən quran, müasirləşdirən və gücləndirən cənab İlham Əliyevə təkrar etimad göstərməklə özünün milli hədəfinə ilbəil yaxınlaşdı. Bu, milli hədəf torpaqlarımızı işğaldan azad etmək və dövlətimizi bütövləşdirməkdən ibarət idi.

Nəhayət, 2018-ci ilin bugünkü günü, 11 aprel tarixndə xalqımızın etdiyi növbəti düzgün və tarixi seçim, seçicilərin böyük əksəriyyətinin səsi ilə bu “müqəddəs yola davam” qərarı oldu. Cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Bax, bu, seçim sözün əsl mənasında xalqımızın taleyini və tarixin gedişini dəyişdi, milli hədəfimizə çatmağa şərait yaratdı. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə son 17 ildə topladığı bütün imkanlarını- iqtisadi, siyasi, beynəlxalq və hərbi gücünü səfərbər edərək ən vacib missiyanın icarsına, torpaqlarını erməni işğalından azad etmək üçün Vətən Müharibəsinə başlamağa qərar verdi.

Bütün dünyanın müdafiə etdiyi işğalçı Ermənistanı və dünya erməniliyini məğlub etmək, 200 illik torpaq itkisi silsiləsini durdurmaq, qlobal güclərin müqavimətini qıraraq və beynəlxalq informasiya şəbəkələrinin hücumlarını uğurla dəf edərək torpaqlarımızı 30 illik işğaldan azad etmək, Vətəni bütövləşdirmək məhz Azərbaycanın xalqının seçdiyi Liderin, Prezidentin və Heydər Əliyev siyasətinin hesabına mümkün oldu.

11 aprel seçkilərində qalib gələn Prezident İlham Əliyev, Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə görə əbədi olaraq adını tarixə qızıl hərflərlə yazdırdı, xalq tərəfindən Ona bütün rəsmi dövlət mükafatlarından üstün olan Müzəfffər Ali Baş Komandan adı verildi.

11 aprel 2018-ci ildə xalqımız cənab İlham Əliyevi Prezident seçməklə 21-ci əsrdə hamımızı “məğlub olmuş” və “torpağı işğal edilmiş” kimi utancverici epitetlərdən və milli rəzalətdən qurtardı, milli ləyaqətimizi və heysiyyatımızı dirçəltdi.

İndi, bütün xalqımız başı dik və qürurludur. Biz bunu həm ölkə daxilində, həm də ölkə xaricində hər zaman hiss edirik.

Aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvləri kimi Şuşa şəhərinə etdiyimiz səfər zamanı bu qüruru bir daha yaşadıq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan xalqına və şanlı ordumuza bir daha təşəkkür etdik, qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı dilədik.

Sonda isə əvvəlki fikri bir daha təkrarlayaraq demək istəyirəm ki, hər millət taleyi üçün öz seçiminə güvənməlidir. Əminəm ki, xalqımız taleyi üçün bundan sonra da möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, tarixin sınağından uğurla çıxmış cənab İlham Əliyevə güvənməkdə davam edəcəkdir.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN