Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Qərbi Azərbaycanda tarixi həqiqətlər, etnik təmizləmə siyasətinin ifşası mövzusunda tədbir keçirilib      
Tarix: 2023/09/29 23:21

"Deportasiya Qurbanları Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 25 avqust 2023-cü il tarixində "Qərbi Azərbaycan-Tarixi həqiqətlər, ermənilərin etnik təmizləmə siyasətinin ifşası və beynəlxalq aləmdə təzahürü" mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında baş tutub. Tədbirin mediatoru Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tədbiri açıq elan edib və sözü "Deportasiya Qurbanları Cəmiyyəti" İctimai Birliyinin sədri Köçər Nağıyevə verib. Köçər Nağıyev qonaqları salamlayıb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini bildirib və layihənin əsas məqsədi və hədəfləri barədə məlumat verib.

Layihənin məqsədi ölkəmizin tarixi torpaqları, keçmişi, ötən yüzillikdə məruz qaldığımız etnik təmizləmə və deportasiya siyasətinin ifşası, Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılmış milli-mədəni sərvətlərimizin tanıdılması və təbliğindən ibarətdir. Söz məruzəçi professor Firudun Cəlilova verilib, professor Qərbi Azərbaycan tarixi həqiqətləri və deportasiya siyasəti haqqında məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, nümayəndəliyin üzvü Cəmilə Fəyyaz, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Rəhilə Abdullayeva Azərbaycanda zaman zaman etnik təmizləmə və deportasiya siyasətinin yeridilməsi və onun mənfi cəhətləri haqqında fikirlərini söylədilər. Sonda xatirə şəkli çəkildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN