Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Komitə sədri Xankəndi sakinləri ilə görüşdü      
Tarix: 2023/10/12 12:56

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər.

Ortaqdeyerler.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşdə məlumat verilib.

Bildirilib ki, torpaqların işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanın yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılarına və işğalçılarına qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib.

Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mühüm xidmətləri vardır.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə, dövlət başçısının təsdiqlədiyi Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib. Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə, Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.

Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN