Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Naxçıvanda Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib      
Tarix: 2023/10/06 21:38

"Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində respublikanın regionlarında tələbə – professor heyətinin, alimlərin iştirak etdiyi elmi – praktiki seminarlar davam etməkdədir. Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu dəfəki tədbir Naxçıvan Muxtar Respublikasında baş tutdu. Naxçıvan Dövlət Universitetində keçirilən elmi-praktiki konfransda Naxçıvan şəhər professor – müəllim heyəti, alimləri, ictimai-siyasi fəal gənclər, tələbələr iştirak ediblər.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları və iştirakçıları salamlayaraq, mövzunun aktuallığına toxunub, regionlarda bu mövzuda həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Rektor ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini qeyd edərək Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə tədqiqat işlərinin aparıldığını bildirib.

Layihənin rəhbəri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov rektor Elbrus İsayevə yaratdığı şəraitə görə təşəkkür edərək “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir : Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda çıxış edən Zaur Məmmədov eyni zamanda, layihə çərçivəsində hazırlanan, respublikanın tanınmış elm adamlarının iştirakı ilə ərsəyə gətirilən “Qərbi Azərbaycan tarixi – siyasi aspektlər” adlı məqalələr toplusunu Naxçıvan auditoriyasına təqdim edib.

Sonra, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qərbi Azərbaycana qayıdış: beynəlxalq hüquqi əsasları və müasir çağırışlar kontekstində” mövzusunda məruzəsi dinlənilib. Millət vəkili Qayıdış konsepsiyasının hüquqi – siyasi əsasları haqqında geniş məlumat verərək bu istiqamətdə aparılan işlərə aydınlıq gətirib.
Ali Məclisin deputatı, YAP Naxçıvan şəhər təşkilatının sədri, NDU-nun dosenti Elman Cəfərli “Qərbi Azərbaycan, Naxçıvan irsinin qorunmasında Ümumilli Lider Heydər Əliyevin rolu" mövzusunda çıxış edib. O, Ulu Öndərin Zəngəzurla və Naxçıvanla bağlı apardığı siyasətin mahiyyətinə diqqət çəkib.
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “Ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların deportasiyası tarixi və Ulu Öndər Heydər Əliyevin deportasiya ilə bağlı bəyanatları, qərarlar” mövzusunda çıxışı zamanı bu istiqamətdəki hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, erməni dövlətinin yaranması, daha sonra azərbaycanlıların başına gətirilən etnik təmizləmə, deportasiya faktorlarını iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra konfrans interaktiv formada davam edib, alimlər, ziyalılar və gənc fəallar mövzu ilə bağlı öz fikirlərini bildirib, iştirakçıların sualları cavablandırılıb.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN