Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Mədəni irsin qorunmasında cəmiyyətin rolu" adlı layihə uğurla yekunlaşıb      
Tarix: 2023/09/30 14:45

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihəsinin yekun tədbiri ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutdu.

Turkustan.az-ın məlumatına görə, Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konfransı giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Natiq qeyd edib ki, Azərbaycan mədəni irsinin qorunması hər bir vətəndaşın borcudur. Xüsusilə də, cəmiyyətin aktiv hissəsinin toplandığı qeyri-hökumət təşkilatlarının bu sahədə maarifləndirmə aparması təqdirə layiqdir. Məhz ona görə də, idarə heyətinin üzvü olduğum təşkilat bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü İsrayıl İsgəndərov çıxışında tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsin qorunması və tanıdılması ilə bağlı gördükləri işlərdən danışdı.

Tanınmış kutluroloq, professor Fuad Məmmədov mədəniyyət fenomeninin kreativ imkanlarını məhtudlaşdıran, onu, əsassız olaraq, yalnız ədəbiyyat, incəsənət, mədəni irs, etika, əxlaq, adət-ənənələr kimi, cəmiyyətin “bir hissəsi” və iqtisadiyyat üzərində “üstqurum” kimi dar mənada dərk etməkdən imtina etmək zərurətini elmi cəhətdən əsaslandıraraq danışıb.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Vəliyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 3 mədəni irs nümunəsi (Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi) UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Eyni zamanda daha 13 tarix və təbiət abidəmiz UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib..

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin önəmliliyindən bəhs etdi. Natiq qeyd etdi ki, Mədəniyyətimiz bugünkü səviyyəsinə və dünya xalqları tərəfindən tanınaraq sevilməsinə görə özünün himayədarı, qayğıkeşi Heydər Əliyevə minnətdar olmalıdır.

Bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği, eləcə də onun ümumi mədəni səviyyəsinin və dünyagörüşünün yüksəldilməsi ümdə bir məsələ olub daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir.

Tədbirin yekununda iştirtakçılara sertifikatlar verildi və xatirə şəkli çəkildi.

FacebookWhatsAppTelegra

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN