Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Türkmən qardaşlarımıza qarşı döyüşməkdən imtina edin”
Tarix: 2015/11/26 22:56

BAO İran ordusu tərkibində Suriyada döyüşən Güney Azərbaycan türklərinə çağırış etdi 

Bütöv Azərbaycan Ocaqları (BAO) İran ordusunun və “Hizbullah” hərbi qruplaşmasının tərkibində Suriyada türkmənlərə qarşı döyüşən Güney Azərbaycan türklərinə müraciət ünvanlayıb.  

Müraciətdə bildirilir ki, bu gün Suriyada qətliama məruz qalan, öz yurdlarını  qoruyan türkmənlərə qarşı döyüşənlər arasında İran ordusunda və İranın nəzarətindəki “Hizbullah” hərbi qruplaşması tərkibində Güney Azərbaycandan olan soydaşlarımızın da olması istisna deyil.

Bu durumu nəzərə alan Bütöv Azərbaycan Ocaqları İran ordusunun və “Hizbullah” qruplaşmasının tərkibində Suriyada türkmənlərə qarşı döyüşən İran vətəndaşı olan soydaşlarımıza müraciət edir: 

Əziz soydaşlarımız!

Bu gün Suriya türkmənlərinə qarşı aparılan genosid artıq özünün kulminasiya nöqtəsinə çatmışdır. Suriyada sizlərin vuruşduğunuz türkmənlər sizinlə eyni kökdən olan türklərdir. Onlar da sizin danışdığınız dildə danışırlar, damarlarında eyni qan axır. Onlar da Böyük Türk dünyasının tərkib hissəsidirlər. Onları Suriya ərazilərində məhv etməyi qarşısına məqsəd qoymuş iri güclərin hədəfləri artıq bəllidir. Bizi narahat edən sizlərin - bizim qanı bir, canı bir qardaşlarımızın bu soyqırımına alət edilməyinizdir.

Əziz qardaşlar!

 Bütöv Azərbaycan Ocaqları olaraq sizləri böyük güclərin Türk dünyasına qarşı, türkmənlərə qarşı tarixi cinayətində alət olmamağa çağırırıq. Sizə, öz millətinizə, türkmən qardaşlarınıza qarşı verilən döyüş əmrlərindən imtina edin. Suriya türkmənlərinin haqlı mübarizəsinin yanında yer alın.

Bu, sizlər üçün həm Türk, həm də müsəlman olaraq ən doğru seçimdir.

Tanrı Türk millətini qorusun!

Bakı şəhəri.  26.11.2015

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN