Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Əliyev imkan vermədi - “Qarabağa girə bilsəydilər...”      
Tarix: 2023/09/26 15:48

“İkinci Qarabağ müharibəsindən sonra Qarabağda Rusiyanın yerinə Qərb sülhməramlıları yerləşsəydi, “Kosovo ssenarisi” ilə üz-üzə qalacaqdıq”.

Ortaqdeyerler.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərb bu durumda Qarabağ ermənilərinə “status” almağa çalışacaqdı:

“Şübhəsiz ki, Rusiya da, Qərb də “status”da maraqlıydı. Amma Azərbaycanın, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi buna imkan vermədi. Zənnimcə, buna mane olan amillərdən biri həm də bölgədəki Türkiyə amili idi. Eləcə də Ukraynadakı müharibədən sonra Qərblə Rusiya arasında dərinləşən uçurum...

Azərbaycan ordusunun son antiterror tədbirləri isə bu bədnam istəyə birdəfəlik nöqtə qoydu. Artıq bütün Qarabağa nəzarətimizi bərpa etmişik. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında da sülh müqaviləsinin bağlanması perspektivi var. Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razı olmaqla məsələnin beynəlxalq müstəviyə çıxmasına imkan vermədi. Belə bir faktor Qərbin əlində olsaydı, hər vəchlə ərazi bütövlüymüzün bərpasına mane olacaqdı. Zaman göstərdi ki, vaxtında doğru addım atmışıq”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya sülhməramlıları səlahiyyət müddəti bitdikdən sonra, bəlkə də daha tez Qarabağdan – Azərbaycan ərazisindən çıxacaqlar.

“Prezident İlham Əliyev regionda milli maraqların və regional təhlükəsizliyin təmini üçün strateji siyasət yeridir. Cənubi Qafqazda problem yaradan Rusiya idi. Məhz Rusiyanı neytrallaşdırmaqla problemlərimizi həll edə bildik”, - politoloq əlavə edib. 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN