Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Yaxın Şərq mətbuatı Azərbaycan həqiqətlərindən yazacaq        
Tarix: 2022/09/02 14:50

"Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Ermənistanın müharibə cinayətləri və post-münaqişə dövrü problemlərinin Yaxın Şərq mətbuatında işıqlandırılması” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən Ortaqdeyerler.az-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir.


“Məqsəd xarici medianın gücündən istifadə etməklə Ermənistanın müharibə cinayətlərini və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Postmüharibə dövründə yeni reallıqlar yaradan Azərbaycanın daha da güclənməsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına son qoyması həm də həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından keçir. Biz hər cür imkanlardan istifadə edib Azərbaycanın haqq işini xarici ölkələrdə tanıtmalıyıq”,- deyə qurumdan bildirilib.

Təşkilatın təşəbbüsü ilə Misir, İraq, İordaniya, Əlcəzair, Suriya, Mərakeş kimi Yaxın Şərq ölkələrinin bir sıra media orqanlarında Ermənistanın müharibə cinayətləri və Azərbaycan həqiqətlərini əks etdirən yazılar dərc olunacaq.

“Dünya bilməlidir ki, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərimizdə bütün tarixi abidələri dağıdıb, məscidlərimizi təhqir edib, qəbiristanlıqların altını üstünə çevirib, yaşayış binaları və fərdi evləri son daşınacan söküb, təbii sərvətlərimizi istismar edib, meşələrimizi qırıb. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, müharibə dövründə Azərbaycanın dinc şəhərlərinin – Gəncə, Bərdə, Tərtərin ballistik raketlərlə atəşə tutulması, günahsız insanların məhv edilməsi, kütləvi qırğın sulahlarının istifadə edilməsi erməni faşizminin əlamətidir”, - İctimai Birliyin açıqlamasında deyilir.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN