Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Mülkiyyət hüququnu pozan vəzifəli şəxslər necə cəzalandırılır?   
Tarix: 2024/06/01 13:58

Azərbaycanın bölgələrində mülkiyyət hüququnun vəziyyətinə dair müfəssəl hesabat hazırlanıb.  

Hüquq müdafiəçisi Teyyub Mirqasımov, vəkil Ruslan Mustafazadə və müstəqil ekspertlər qrupu tərəfindən hazırlanan hesabat müxtəlif üsul və vasitələrlə aparılmış monitorinqin nəticələrini əks etdirir. 

Monitorinq Azərbaycan Respublikasının ərazisində mülkiyyət hüquqlarının pozulması hallarının aşkar edilməsi, pozuntuların baş vermə səbəblərinin araşdırlması və qanunsuzluqların aradan qaldırılması, təkrarlanmaması üçün təkliflərin hazırlanması məqsədi ilə həyata keçirilib.

Monitorinq aşağıdakı prinsiplər əsas götürülərək hazırlanıb:

- Qanunvericiliyin araşdırılması;

- Məhkəmə qərarlarının, əsasən də AR Konsitutusiya Məhkəməsinin qərarlarının araşdırlması;

- Mülkiyyət hüquqlarının pozuntusuna dair yerli kütləvi informasiya vasitələrində (həmçinin elektoron KİV-klərdə) gedən məlumatların toplanması;

- Qabaqcadan müəyyən edilmiş inzibati zonalarda mülkiyyətçilər arasında anket sorğularının təşkili;

- İnsan hüquqlarının müdafiəsi sahəsində (əsasən də mülkiyyət hüquqlarının müdafiəsi sahəsində) ixtisaslaşmış yerli və beynəlxalq təşkilatların məlumatlarının ümumiləşdirilməsi;

- Dövlət orqanlarına sorğuların göndərilməsi;

- Qabaqcadan müəyyən edilmiş inzibati ərazilərdə çalışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri (vəkillər) arasında sorğuların təşkili və sair.

Hesabat hazırlanarkən Xizi, Sumqayit, Qobustan, Xaldan ve Imisli və digər rayonlar üzrə də mülkiyyət hüquqlarının pozulmasına dair ayrı-ayrı faktların toplanması və ümumiləşdirilməsi həyata keçirilib. Bundan əlavə, ölkədə fəaliyyət göstərən KİV-lərdə, həmçinin digər elektron informasiya vasitələrində mülkiyyət hüququna dair yer alımış materiallar nəzərdən keçirilib, onların monitorinqi aparılıb. 

Ekspert qrupunun gəldiyi qənaətə görə, monitorinq zamanı toplanmış materialların qiymətləndirilməsi göstərir ki, vətəndaşların mülkiyyət hüququnu pozan vəzifəli şəxslərin cəzalandırılması istiqamətində təsirli addımlar atılmır. Yəni, onlar dəfələrlə qanunsuzluğa yol versələr də, həmişə cəzasız qalırlar. Bu isə mənfi tendensiyaya səbəb olur və neqativ halların təkrarlanmasıyla nəticələnir. 

Hüquq müdafiəçisi Teyyub Mirqasımov deyib ki, monitorinq zamanı vətəndaşların hüquqi bilgilərinin məhdud olması üzə çıxıb. Məlum olub ki, öz hüquqlarını bilməyən insanların lazımi hüquqi yardım almasında da problem var: “Bölgələrdə vətəndaşların hüquqi yardıma çıxış imkanları çox aşağıdır. Bu problem regionda özünü daha qabarıq şəkildə göstərir. Bununla paralel olaraq, vətəndaşların pozulmuş hüquqlarının bərpasına dair hüquqi maarifçilik işinin səviyyəsi olduqca aşağıdır”.

Hüquqşünas Ruslan Mustafazadə qeyd edib ki, qiymətləndirmə zamanı qanunvericilikdə vətəndaşlara verilmiş mülkiyyət hüquqlarının müxtəlif formalarda pozulduğu aşkar edilib. Onun sözlərinə görə, əsas problemlərdən biri də odur ki, mülkiyyət hüququna dair pozuntuların araşdırılmasına dair məhkəmə prosesləri bəzi hallarda uzun müddətə aparılır və bu halda ağla batan müddət ötmüş olur. 

Müstəqil ekspertlər tərəfindən hazırlanan hesabatda vurğulanıb ki, qiymətləndirmə zamanı hüquqlarının pozulduğunu iddia edən mülkiyyətçilərin təxminən 38,9% faizi bələdiyyələrin qanunsuz müdaxilələrindən şikayətçi olmuşlar. Monitorinq dövründə həmçinin mülkiyyətçilərə öz mülkiyyətlərində olan əmlaka dair rəsmi sənədlərin alınmasna dair süni maneələrin yaradıldığı da aşkar edilmişdir. 

Ən çox rastlanan digər bir problem isə yerli icra hakimiyyətləri tərəfindən edilən qanunsuz müdaxilə və təzyiqlər, bələdiyyələrin bağlanmış icrarə müqavilələrini əsassız şəkildə ləğv etmələri, örüş torpaqlarının kütləvi şəkildə satılması, heyvandarlıq təsərrüfatlarının otlaqlardan məhrum olması, suvarma sularının kəsilməsi və suyun məmurlara məxsus boyük təsərrüfatlara yönləndirilməsi olmuşdur. 

Hesabatda törədilən pozuntuların statistikası da öz əksini tapıb. Monitorinjq zamanı məlum olub ki, hüququna fiziki şəxslər tərəfindən törədilən pozuntular 36,3%, , bələdiyyələr tərəfindən törədilən pozuntular 38,9%, müxtəlif dövlət orqanları tərəfindən törədilən pozuntular 24,8%, teshkil edib. 

Pozuntulardan müdafiə vasitələrinin səmərəliyi  Bələdiyyələr üzrə 8,5%, Dövlət orqanları üzrə    23,5%, Hüquqmühafizə orqanları  üzrə    24%, Məhkəmə sistemi üzrə 44% təşkil edib. 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN