Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Gənclərin I Regional Biznes Forumu keçirilib - FOTOLAR      
Tarix: 2024/02/21 16:29

17 fevral 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Həmrəyliyi" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin I Regional Biznes Forumu” adlı forum baş tutub.

OrtaqDeyerler.az xəbər verir ki, 100 nəfərin iştirakı ilə baş tutuan tədbir layihə rəhbəri, Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevanın açılış nitqi ilə açıq elan edilib və layihə haqqında geniş məlumat verilib. Sonra isə ATU-nun prorektoru Şahmar Məmmədov, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli, Gələcək Naminə İctimai Birliyinin sədri Tural İsaqov, ADAU İnnovasiya Mərkəzinin direktoru Elvin Ağayev, Alabora Groupun icraçı direktoru Gülhanə Məmmədova çıxış edib.

Daha sonra panel müzakirələrinə başlanılıb. I paneldə “Gənclər Biznesdə” mövzusunda moderator/spiker Rəvan Cəfərli, spikerlər Elvin Ağayev, Rövşən Məmmədov, Zülfiyye Nuriyeva, II paneldə isə “Gənclər və Fürsətlər” mövzusunda moderator/spiker Şamo Salayev, spikerlər İsa Şəfiyev, Maarif Quliyev və Aqşin Kərimov çıxış edib.

Rəvan Cəfərlin təlimçiliyi ilə baş tutan forumun 2-ci hissəsində isə gənclərə praktiki biznes bilgilərin çatdırılması məqsədilə təlim keçirilib. Təlimdə peşə təhsilinin əhəmiyyəti və müasir əmək bazarının tələbləri, biznes fəaliyyəti və bu istiqamətdə həyata keçirilən proqramlar haqqında məlumat verilib, gənclərlə qrup işləri təşkil olunub və suallar cavablandırılıb.

Qeyd edək ki, forum 1 dekabr 2023-cü il tarixindən start verilən "Biznesini Birgə Yaradaq"adlı layihə çərçivəsində baş tutub. Layihənin məqsədi region gənclərinin özünəməşğulluq proqramında aktiv iştirakını təmin etmək, sahibkarlıq fəaliyyətini artırmaqdır.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN