Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Ermənilər Türkiyə ilə barışmaq İSTƏMİR      
Tarix: 2022/04/11 09:56

Son vaxtlar rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşması üçün addımlar atır, erməni xalqının Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyini bəyan edirdi. Lakin Ermənistanda keçirilən sorğu bunun tam əksini ortaya qoydu. 

Turkustan.az-ın məlumatına görə, “Gallup International” təşkilatı Ermənistan vətəndaşları arasında sorğu keçirib. Aprelin 2-dən 4-dək davam edən sorğuda 1002 vətəndaş iştirak edib. Sorğunun əsas mövzusu Ermənistanla Türkiyə arasında barışıq və sərhədlərin açılması olub. 

Sorğunun nəticələrinə əsasən, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına qarşı çıxıb.

“11,2 faiz birmənalı olaraq Türkiyə ilə heç bir ilkin şərt olmadan diplomatik münasibətlərin qurulmasının və sərhədlərin açılmasının lehinədir, 59,3 faizi birmənalı olaraq əleyhinə çıxıb, 5,8 faizi isə cavab verməkdə çətinlik çəkib”, - deyə “Gallup” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə bağlı rəsmi mövqeyin ictimai sorğulara əsaslandığını bildirmişdi. 

Xatırladaq ki, İrəvan və Ankara ötən ilin sonunda əlaqələrin normallaşması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan tərəfdən danışıqlara parlamentin vitse-spikeri Ruben Rubinyan qatılır, Türkiyəni isə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir. Onlar artıq bir neçə dəfə görüş keçiriblər. 

Hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud yoxdur, iki ölkə arasında sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN